Modern.az

Bakı Metropoliteninin yeni rəisi “Bakıelektrikşəbəkə”dən gətirildi

Bakı Metropoliteninin yeni rəisi “Bakıelektrikşəbəkə”dən gətirildi

Страна

27 Fevral 2014, 15:10


Prezident İlham Əliyevin sərəncamı ilə yeni yaradılan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə Zaur Mir Tofiq oğlu Hüseynov təyin edilib.

Modern.az saytına məlum olub ki, Z.Hüseynov bu təyinata qədər “Bakıelektrikşəbəkə” ASC-də İdarə Heyəti sədrinin I müavini vəzifəsində çalışıb.

Xəbəri “Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də Modern.az saytına təsdiqləyib. O, bildirib ki, Zaur Hüseynov çox işgüzar və bacarıqlı kadrdır, “Bakıelektrikşəbəkə” kollektivi ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayır.

Əməkdaşımız“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Zaur Hüseynovun özü ilə də əlaqə saxlayıb. O, ölkə başçısının bu etimadını doğrultmaq üçün çalışacağını bildirib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı