Modern.az

Azərbaycanda övladını xaricdəki orta məktəblərdə oxudan valideynlər də varmış - Rəsmi AÇIQLAMA

Azərbaycanda övladını xaricdəki orta məktəblərdə oxudan valideynlər də varmış - Rəsmi AÇIQLAMA

Страна

10 İyul 2014, 15:57

Azərbaycandakı bəzi valideynlər övladlarını xarici ölkələrdəki orta məktəblərə təhsil almağa göndərir.

Təhsil Nazirliyi Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki,  2013-2014-cü dərs ilində müqavilələr əsasında xaricə gedən şagirdlərin çoxu ABŞ-dakı orta məktəblərdə təhsil almağa üstünlük verib:

“Təhsil Nazirliyinin bir sıra beynəlxalq təşkilatlarla imzaladığı müqavilələr və müvafiq proqramlar çərçivəsində ümumtəhsil müəssisələrinin şagirdlərinin xarici ölkələrdəki məktəblərdə təhsil alması halları mövcuddur. Övladlarının hansı məktəbdə təhsil alması məsələsində valideynlər sərbəst seçim hüququna malikdir.
2013-2014-cü dərs ilində 31 nəfər IX-XI sinif şagirdi müqaviləyə uyğun olaraq 1 il xaricdə təhsil alıb vətənə qayıdıblar. Onlar əsasən ABŞ-da təhsil alıblar”.

Misranə Həsənzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı