Deputatlığa keşmiş namizəd Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınma ilə əlaqadar axtarışda olub. Modern.az-a daxil olan məlumata görə, onun Azərbaycan-Gürcüstan sərhəd buraxılış məntəqəsində saxlanması bununla bağlıdır.
Əməkdaşımız məsələni dəqiqləşdirmək, Bəxtiyar Hacıyevin hərbi xidmətdə olub-olmadığını, axtarışa verilib-verilmədiyini öyrənmək üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev bildirib ki, o, bu barədə elə bir bilgiyə malik deyil.
Bəxtiyar Hacıyevin hərbi xidmətə göndəriləcəyi məsələsinə gəlincə, nazirlik sözçüsü deyib ki, kiminsə hərbi xidmətə aparılmasında qeyri-adi heç nə yoxdur.
Modern.az