Modern.az

Melonin İrəvandan sonra Bakıya gəlməsi nəyə xidmət edir? - Deputat danışdı

Melonin İrəvandan sonra Bakıya gəlməsi nəyə xidmət edir? - Deputat danışdı

Parlament

5 May 2026, 15:54

Mayın 5-də italiya Baş naziri xanım Corcia Meloni Azərbaycana səfər edib. Ölkə başçısı İlham Əliyevlə Meloni arasında görüş keçirilib. 

Corcia Meloni Bakıda İlham Əliyevlə təbii qaz və müdafiə sahələrində əməkdaşlıqdan danışıb.

Qeyd edək ki, Ukrayna və Çexiyadan sonra o, üçüncü liderdir ki, Azərbaycanla hərbi əməkdaşlıq qurmaq istədiyini bəyan edir.

Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun üzvü  Tahir Rzayev Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan-İtaliya strateji tərəfdaşlığı möhkəm təmələ əsaslanır və hər iki ölkənin milli maraqlarına uyğundur.

"Corcia Meloninin Azərbaycana rəsmi səfəri və səfər zamanı səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir.Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatında səsləndirilən fikirlər də iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərməklə yanaşı, gələcək inkişaf üçün yeni perspektivlər açır. Son illərdə Azərbaycan və İtaliya bütün sahələrdə əlaqələri genişləndiriblər.

İtaliya Azərbaycanın ən yaxın ticarət tərəfdaşıdır. 12 milyard dollara yaxın ticarət dövriyyəsi onu göstərir ki, ölkələr imzalanmış müqavilələrə və dostluq münasibətlərinə sadiqdirlər. Avropanın enerji təchizatına mühüm töhfə verən Azərbaycan, İtaliyaya qaz ixracını artırmaqla həmin ölkənin iqtisadi inkişafına da dəstək verir”.

Deputatın sözlərinə görə, İtaliya Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyən ölkələrdən biridir:

“İtaliya ən mötəbər tədbirlərdə Azərbaycanın səsinə səs verən dövlətdir. O, Cənubi Qafqazda sülhün və əməkdaşlığın tərəfdarı olduğunu dəfələrlə nümayiş etdirib. Corcia Meloninin Ermənistandan sonra dərhal Bakıya gəlməsi də xeyirxah məqsədlərə xidmət edir”.

Tahir Rzayev əlavə edib ki, hərbi-texniki əməkdaşlıq, texnologiya mübadiləsi, elm, təhsil, mədəniyyət, turizm və humanitar sahələrdə münasibətlərin inkişafı iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir:

“Bu, həm cənab İlham Əliyevin, həm də Corcia Meloninin mətbuata bəyanatlarında açıq şəkildə öz əksini tapıb. Sağlam münasibətlərə əsaslanan əməkdaşlıq və dostluq ölkələrimizin xalqlarının xoşbəxt gələcəyinə və dövlətlərin inkişafına xidmət edir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı