Ukraynanın federallaşmasını tələb edən Rusiya meylli qüvvələr Kramatorskda Ukrayna ordusunun altı BTR-ni ələ keçirib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xüsusi əməliyyatlar üçün bölgəyə yerləşdirilən hərbi texnikaları aksiya iştirakçıları nəzarətinə götürüb. Ukrayna hərbiçilərinin tərksilah edildiyi və ərazidən qovulduğu bildirilir.
Qeyd edək ki, məlumatı Donetsk vilayətində fəaliyyət göstərən “Ostrov” nəşri yayıb. Hələlik, informasiya başqa mənbələrdə təsdiqlənməyib.
Xatırladaq ki, Ukraynada vəziyyət gərgin olaraq qalır və Rusiyanın Krımı işğal etməsindən sonra proseslər daha mürəkkəb xarakter alıb. Ukraynanın şərq vilayətlərində separatçılıq meyllərinin baş qaldırmasından sonra ölkənin parçalanma təhlükəsi də yaranıb.
Aqşin Kərimov