
Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında deputat İqbal Ağazadə bildirib ki, qarşıdan gələn 28 may Respublika günü münasibəti ilə amnistiya elan olunsun.
““NİDA”çı gənclərə üçün bu qədər cəza istənilməsi prokuror orqanlarını da pis vəziyyətdə qoyur. İlqar Məmmədov və Tofiq Yaqubluya verilən həbs müddətlərinə baxanda dəhşətə gəlirəm. Azərbaycanda bu qədər gəncin həyatını puç etmək məncə düzgün deyil. Qarşıdan Respublika günü gəlir. Yaxşı olar ki, həmin gün Milli Məclis tərəfindən amnistiya aktı qəbul olunsun. Həmin şəxslər də azad olunsun”.
Gültəkin ƏLƏSGƏR