Modern.az

Mədəniyyət Nazirliyi: “Kəlbəcərdə bircə erməni abidəsi də yoxdur”

Mədəniyyət Nazirliyi: “Kəlbəcərdə bircə erməni abidəsi də yoxdur”

Образование

22 Aprel 2014, 15:30


“Bu vaxta qədər Kəlbəcər rayonunda 2 dünya əhəmiyyətli memarlıq, 14 ölkə əhəmiyyətli memarlıq, 5 ölkə əhəmiyyətli arxeoloji, 22 yerli əhəmiyyətli memarlıq, 2 yerli əhəmiyyətli arxeoloji, yerli əhəmiyyətli bağ-park və 5 dekorativ tətbiqi sənət nümunəsi abidələri qeydiyyata alınıb”. Bunu Modern.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva deyib. O, Qarabağdakı separatçı rejimin “turizm və tarixi abidələrin qorunması üzrə idarəsi”nin rəhbəri Sergey Şahverdyanın açıqlamasına münasibət bildirib. Nazirlik rəsmisi S. Şahverdiyanın Kəlbəcər ərazisində 200-dən artıq tarixi abidə aşkarlandığı barədə açıqlamasını şərh edərkən bunun sözügedən rayonun rayonun işğal olunmamışdan əvvəl qeydiyyata alınan siyahı olduğunu bildirib.

“İşğal baş verməsəydi, bu siyahı kifayət qədər uzanardı. Bundan başqa, 10-a qədər qədim Zar şəhərinin qalıqları, Qaçaq Nəbinin kahası, bir neçə qədim qəbiristanlıq kimi  arxeoloji abidə, 20-dək dekorativ tətbiqi sənət nümunəsi kimi tapıntıların rəsmi qaydada dövlət siyahısına alınmasına o zaman imkan olmamışdı. Çünki bunlar o dövr üçün yeni aşkar olunan abidələr idi. Hazırda dövlət qeydiyyatına alınmış tarix və mədəniyyət abidələrinin pasportlarının və mühafizə zonalarının nazirlik tərəfindən hazırlanması işi həyata keçirilir. Bütün siyahılar qaydaya salınır, yeni siyahılar hazırlanır”.

“Ermənistan və başqa dövlətlərin tədqiqatçılarını Kəlbəcərə cəlb etməklə arxeoloji qazıntılar aparır və tarixi utanmadan təhrif edib abidələrin onlara məxsus olduğunu iddia edirlər. Mədəniyyət və Turizm Nazirliyi hər dəfə beynəlxalq təşkilatlara etirazın bildirir. Çünki indiki halda baş verənlərə müdaxilə etmək imkanımız yoxdur. Ermənilər isə hər şeyə öz möhürlərini vurmaq istəyirlər. Təbii ki, Mədəniyyət və Turizm Nazirliyi olaraq biz yenə də hər zamankı kimi onların növbəti falsifikasiyasına öz etirazımızı bildirəcək, beynəlxalq təşkilatlara bəyanatlarla çıxış edəcək”.

Qeyd edək ki, Dağlıq Qarabağ ərazisində 4 mindən artıq tarixi abidə qeydiyyata alınıb.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı