Modern.az

Elman Mehdiyev:” Dövlət quruculuğunun başlıca elementi sosial rifahdır”

Elman Mehdiyev:” Dövlət quruculuğunun başlıca elementi sosial rifahdır”

Образование

6 May 2014, 15:40


Dövlət Sosial Müdafiə Fondunda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 91-ci ildönümü münasibətilə tədbir keçirilib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Modern.az-a verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilib. Mərasim iştirakçıları öncə Heydər Əliyev Mərkəzini ziyarət edərək, Mərkəzdə fəaliyyət göstərən və ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini özündə əks etdirən Heydər Əliyev Muzeyinin eksponatları ilə tanış olublar. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun inzibati binasının foyesində ulu öndərin büstü önünə əklil qoyularaq, əziz xatirəsi ehtiramla yad edilib. Sonra tədbir Fondun akt zalında davam etdirilib.

Tədbirdə çıxış edən DSMF-nin sədri ümummilli lider Heydər Əliyevin sosial quruculuq sahəsindəki gördüyü işlərdən söz açıb:”Azərbaycan xalqının müstəqil dövlət quruculuğu kimi şərəfli tarixi vəzifəni yerinə yetirməsi bütün çətinliklərə öz dühası ilə qalib gələn böyük şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin milli inkişaf strategiyası və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar qloballaşmanın diktə etdiyi yanaşma meyarları ilə milli reallıqlara əsaslanan baxışların uğurla əlaqələndirilməsini təmin edib, ölkəmizin müasir inkişaf modelini formalaşdırıb. Bu modelin əsas mərkəzi həlqəsi və dövlət quruculuğu fəlsəfəsinin başlıca elementi sosial rifahdır” -deyə, E. Mehdiyev vurğulayıb.

“Bu gün hər bir azərbaycanlı Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf edən Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməkdə görür. Fəxrlə söyləyə bilərik ki, xalqımızın Ümummilli liderinin "Azad, sərbəst demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir" arzusu möhtərəm Prezident İlham Əliyevin səyi nəticəsində tam reallığa çevrilib.” 

Heydər Əliyevin xatirəsinə həsr olunmuş mərasimdə iştirak edən Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edərək, ulu öndərin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin iqtisadi inkişafı, beynəlxalq nüfuzunun artırılması istiqamətində gördüyü işlərdən bəhs edib.

S. Novruzov bildirib ki, ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb.

Digər çıxış edənlər ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, onun ölməz ideyaları, ölkədə dinamik sosial-iqtisadi inkişafın təmin edilməsində, demokratik-hüquqi, vətəndaş cəmiyyətinin yaradılmasında əvəzsiz xidmətlərindən danışıblar.

 

Modern.az  

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı