Modern.az

Ali hərbi məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir

Ali hərbi məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirilir

Təhsil

16 İyul 2010, 14:32

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi müraciətinə əsasən, 2010/2011-ci tədris ili üçün Azərbaycan bölməsində mülki ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə  qəbul imtahanlarında 200 və daha yüksək bal toplamış 19 yaşınadək oğlan abituriyentlərin Azərbaycan Ali Hərbi Məktəblərinin boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə keçirir.

Komissiyadan verilən məlumata görə, Ali hərbi məktəblərə qəbul olmaq arzusunda olan namizədlər H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış Sənəd Qəbulu Komissiyasına  (ünvan: Xətai rayonu, Zığ qəsəbəsi, Naximov küçəsi, 18. Telefon: 479-78-42) müraciət etməlidirlər. Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı