Modern.az

Boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır

Boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır

Образование

3 Sentyabr 2014, 09:55


Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır. Modern.az xəbər verir ki, ixtisas seçimi saat 23:59-da tamamlanacaq.

Müsabiqədə iştirak etmək istəyən abituriyentlər qeyd olunan vaxta qədər ixtisasları seçib “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidirlər. 

Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər. 

İxtisas seçimi elanı, boş qalan yerləri olan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunub

Qeyd edək ki, Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 30-da elan olunub.

Rüfanə GÜNƏŞ

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı