Konqoda kütlə “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən kişini ölənədək daşqalaq edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, şəxsiyyəti müəyyənləşdirilməyən gəncdən ölkənin şimal-qərbində avtobusdakı sərnişinlər şübhələniblər. O, yerli Suaxili dilində danışmayıb. Bundan sonra kütlə onu daşlayıb yandıraraq parçalayıblar. İnsident Beni şəhərində qeydə alınıb.
Modern.az