Modern.az

İranda rekord istilər: 74 dərəcə

İranda rekord istilər: 74 dərəcə

Təhsil

4 Avqust 2015, 22:23

İranda görünməmiş isti qeydə alınıb. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ölkənin cənubundakı Bəndər-Məhşəhrdə havanın hərarəti 74 dərəcəyə çatıb. Bu o qədər çoxdur ki, su hövzələrində istilik 33 dərəcə olub.

Bu arada sinoptiklərin proqnozları da ürəkaçan deyil. Yaxın zamanda havanın hərarətinin 50 dərəcədən aşağı düşəcəyi gözlənilmir. Görünməmiş istilərin bir həftə davam edəcəyi bildirilir.

Qeyd etmək lazımdır ki, İran tarixində belə istilər müşahidə edilməsə də, 74 dərəcə dünya rekordu deyil. 2003-cü ildə Səudiyyə Ərəbistanında havanın hərarəti 81 dərəcəyə çatıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı