Modern.az

MSK prezidentliyə namizədlər üçün püşkatma komissiyası yaratdı

MSK prezidentliyə namizədlər üçün püşkatma komissiyası yaratdı

Təhsil

13 Sentyabr 2013, 17:17

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında oktyabrın 9-da keçiriləcək prezident seçkilərində ödənişsiz əsaslarla ayrılmış efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılıb. Modern.az-ın məlumatına görə iclasda MSK sədrinin müavini Natiq Məmmədov qeyd edib ki, hər bir namizədə həftədə 3 saat İctimai Televizyada, 3 saat isə İctimai Radioda ödənişsiz əsaslarla vaxtın ayrılması nəzərdə tutulur.
N.Məmmədov bildirib ki, televiziyada pulsuz efir vaxtının qeydə alınmış namizədlər tərəfindən həftənin cüt günləri, radioda isə həftənin tək günləri istifadə edilməsi nəzərdə tutulur. 

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok