Modern.az

Nəvələrimizlə bizim danışdığımız Azərbaycan dili eyni deyil - DİM sədri

Nəvələrimizlə bizim danışdığımız Azərbaycan dili eyni deyil - DİM sədri

Təhsil

5 Mart 2024, 11:54

Nəvələrimizlə bizim danışdığımız Azərbaycan dili eyni deyil.

 

Modern.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə bildirib.

 

"İndiki zamanda bir uşaq evdə tapşırıqlarını yerinə yetirir və anasıyla dialoqa girir. Övlad deyir ki, mən mausla tapşırığı aça bilmirəm.

 

30 il əvvəl bir müəllim bu dialoqu dinləsə deyərdi ki, bu nə oyundur? Düymə pəncərə nədir? Maus nədir? Amma artıq indi bu normal dialoqdur, bu sözlər istifadə olunur. Bu dil inkişaf edir. Nəvələrimizin dili ilə bizim dilimiz  eyni deyil.Azərbaycan dili itməməlidir, ümidvaram ki, bu dil itməyəcək. Əsas 40 dil var ki, dünya əhalisinin 66% yalnız bu dildə danışır. Azərbaycan dili də bu 40 dilə daxil olmalıdır. O itməməlidir. Mən ümidvaram ki, bizim işimiz uğurlu olacaq",-o deyib

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok