Modern.az

Qəbul imtahanlarına da danışıq bloku əlavə ediləcək? - Məleykə Abbaszadədən CAVAB

Qəbul imtahanlarına da danışıq bloku əlavə ediləcək? - Məleykə Abbaszadədən CAVAB

5 Mart 2024, 14:04

Danışıq bloku suallarının buraxılış, eləcə də qəbul imtahanlarında tətbiqi o zaman mümkün ola bilər ki, bizim texniki imkanlarımız buna yol versin.

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahn Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, magistratura səviyyəsndə imtahanda iştirak edənlərin sayı təxminən 20 mindir:

"İmtahanda bu cür prosesin başlaması üçün texniki cəhətdən hazır olmalıyıq. Məktəblərdəki hazırlıq səviyyəsi, kompüterlərin mövcudluğu, eyni zamanda prosesin hüquqi müstəvidə öz əksini tapması ən azından 1-2 il çəkəcək. Birinci addım magistratura imtahanlarında danışıq bloku sualları tətbiq olunacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok