Ukraynanın Regionlar Partiyasının fraksiya üzvü Oleq Tsarev prezidentliyə namizədliyinin qeydiyyata alınması üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Modern.az Ukrayna KİV-nə istinadən bildirir ki, Tsarev zəruri sənədlərlə yanaşı, tələb olunan girovu da verib. Qeyd edək ki, buna qədər bu il mayın 25-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün Yuri Boyko, Mixail Dobkin və Sergey Tiqipko sənədlərini MSK-ya təqdim ediblər, Oleq Boqomoletsin isə girov üçün pulu çatmayıb.
Modern.az