Modern.az

Erməni hərbçi minaya düşdü

Erməni hərbçi minaya düşdü

Təhsil

5 Sentyabr 2014, 00:05

Bu gün Ermənistanın Tavuş ərazisində mina partlayışı nəticəsində bir erməni zabiti yaralanıb. 
Bu haqda Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Arçrun Ovannisyan xəbər verib. 

Yaralanan Noraşen kənd sakini 42 yaşlı leytenant rütbəli zabitdir. Onun vəziyəti ağır qiymətləndirilir.

Qeyd edək, son bir neçə gün ərzində bu artıq Tavuş ərazisində minada partlama ilə bağlı ikinci hadisədir. Avqustun 28-də partlayışda 4 erməni zabiti yaralanmışdı. 

Tavuş ərazisi Ermənistanın şimal-şərqində yerləşir və Azərbaycanla həmsərhəddir.(anspress.com)

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok