Modern.az

Heydər Əliyev Mərkəzi konsert proqramlarını təxirə salıb

Heydər Əliyev Mərkəzi konsert proqramlarını təxirə salıb

Təhsil

20 May 2015, 16:48


Paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermış hadisə ilə əlaqədar Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konsert və əyləncəli proqramlar mayın 28-dək təxirə salınıb. Bu barədə Modern.az saytına Heydər Əliyev Mərkəzindən məlumat verilib.

Bununla əlaqədar, Muğam Televiziya Müqabiqəsinin final mərhələsinə həsr olunan konsert Heydər Əliyev Mərkəzində mayın 29-da keçiriləcək.

Eyni zamanda, Əməkdar Artist Tünzalə Ağayevanın mayın 22-də və 23-də Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konserti mayın 31-də və iyunun 1-də keçiriləcək.

İndiyədək konsertə alınmış biletlər etibarlı sayılır. Mayın 22-si üçün alınmış biletlər mayın 31-i, mayın 23-ü  üçün alınmış biletlər isə iyunun 1-də qüvvədədir.

Əlavə məlumatı Mərkəzin kassasından (tel: +012 505 60 03) almaq olar.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok