Modern.az

Bakıda qadın özünü 17-ci mərtəbədən atıb

Bakıda qadın özünü 17-ci mərtəbədən atıb

Aktual

17 İyul 2018, 13:56

Bakıda intihar hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində qeydə alınıb. 30-35 yaşlarında qadın özünü 17-ci mərtəbədən atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisənin motivi hələlik məlum deyil.

 

Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı