Modern.az

İcbari tibbi sığorta xidmətlərinin ƏDV-dən azad edilmə müddəti artırılır

İcbari tibbi sığorta xidmətlərinin ƏDV-dən azad edilmə müddəti artırılır

Aktual

28 Dekabr 2021, 15:55

İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti artırılır.

 

Modern.az-ın məlumatına görə, bununla əlaqədar Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

 

İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV-dən azaddır. Layihəyə əsasən, bu müddət 1 il artırılır. Başqa sözlə, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad olacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı