Modern.az

Avropada yoluxma artır - HARMANCI

Avropada yoluxma artır - HARMANCI

Aktual

7 Aprel 2022, 12:24

Bəzi Şərqi Avropa ölkələrində yoluxmanın artmasının səbəbi "Omicron" ştamı ilə əlaqəlidir.

 

Modern.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, hazırda bir çox Avropa ölkələrində koronavirusa yoluxma sayında artım müşahidə olunur:

 

"Görünən budur ki, pandemiya hələ də bitməyib və qabaqlayıcı tədbirlər görməyə davam etməliyik. "Omicron" ştamının B1 və B2 növləri mövcuddur və B2 növünü daha sürətli yayılma qabiliyyətinə malikdir. Risk qrupuna daxil olan şəxslərin, yaşı 65-dən çox olanların, hamilə qadınların qorunması mütləqdir".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı