Modern.az

Deputatlar Özbəkistana gedir

Deputatlar Özbəkistana gedir

Aktual

3 Aprel 2013, 14:07

Azərbaycanın Özbəkistandakı səfirliyi və "Özbəkistan- Azərbaycan" dostluq cəmiyyəti Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 90 illiyi ilə bağlı tədbir keçirəcək. Tədbirdə çıxış etmək üçün millət vəkilləri Rəbiyyət Aslanova, Qənirə Paşayeva Özbəkistana səfərə gediblər.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində keçiriləcək tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, millət vəkilləri Rəbiyyət Aslanova, Qənirə Paşayeva,  Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, Fəlsəfə İnstutunun şəbə müdiri Rəna Mirzəzadə, "Özbəkistan -Azərbaycan" cəmiyyətinin sədri Erkin Nuriddinov və digərləri məruzə ilə çıxış edəcəklər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı