Modern.az

Xameneinin ağır yaralanan baş müşaviri öldü

Xameneinin ağır yaralanan baş müşaviri öldü

Dünya

10 Aprel 2026, 06:31

İran Strateji Xarici Əlaqələr Şurasının rəhbəri Kamal Xarazi vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, 81 yaşlı siyasətçi ABŞ və İsrailin həyata keçirdiyi hücumlar zamanı aldığı xəsarətlərdən ölüb.

Xatırladaq ki, aprelin 1-də ABŞ-İsrail hücumları zamanı Xarazinin Tehrandakı iqamətgahı hədəfə alınmışdı. Hadisə nəticəsində Kamal Xarazi ağır yaralanmış, onun həyat yoldaşı isə həlak olmuşdu.

Qeyd edək ki, Kamal Xarazi uzun illər İran siyasi sistemində mühüm vəzifələrdə çalışıb. O, ölkənin Ali Lideri Əli Xamenei dövründə baş müşavir kimi fəaliyyət göstərib.

Hazırkı lider Müctəba Xamenei isə Əli Xameneinin prezidentliyi dövründə vəzifəsində çalışan bütün vəzifəli şəxslərdən vəzifələrində qalmalarını xahiş etmişdi. Xarazi həmçinin xarici işlər naziri vəzifəsində də çalışıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV