Modern.az

"Liverpul" baş məşqçisiylə yollarını ayırdı

"Liverpul" baş məşqçisiylə yollarını ayırdı

İdman

31 May 2026, 00:47

İngiltərənin “Liverpul” komandası baş məşqçisi Arne Slotla yollarını ayırıb.

Modern.az klubun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

Mersisayd təmsilçisi artıq yeni baş məşqçi axtarışlarına start verildiyini açıqlayıb.

Qeyd edək ki, 2024-cü ilin yayından “Liverpul”a başçılıq edən Arne Slot fəaliyyəti dövründə komandaya İngiltərə çempionluğunu qazandırıb. “Qırmızılar” başa çatan mövsümdə isə 60 xalla 5-ci yeri tutub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə dollar rekord həddə çatdı - Azərbaycanı nə gözləyir