Modern.az

Hindistanda güclü fırtına - 28 ölü

Hindistanda güclü fırtına - 28 ölü

Dünya

Bu gün, 19:19

Hindistanın müxtəlif ştatlarında müşahidə olunan güclü yağışlar, fırtına və ildırım hadisələri nəticəsində azı 28 nəfər həyatını itirib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, ən çox ölüm halı Uttar Pradesh ştatında qeydə alınıb. Məlumata görə, burada ildırım vurması nəticəsində 2 nəfər, ağacın yaşayış evinin üzərinə aşması səbəbindən 3 nəfər, tikilməkdə olan körpünün çökməsi nəticəsində isə 6 nəfər ölüb.

Təbii fəlakət nəticəsində çoxlu sayda heyvan tələf olub, yaşayış və inzibati binalara ciddi ziyan dəyib.

West Bengal və Bihar ştatlarında da güclü külək və ildırım səbəbindən hər birində 7 nəfər olmaqla ümumilikdə 14 nəfər həyatını itirib.

Bundan başqa, Madhya Pradesh ştatında şiddətli yağışlar nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Meteoroloqlar ölkənin şimal bölgələrinin bir hissəsində əlverişsiz hava şəraitinin yaxın günlərdə də davam edəcəyi barədə xəbərdarlıq ediblər. Səlahiyyətli qurumlar əhaliyə ehtiyatlı olmağı və zəruri hallarda təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV