Modern.az

ABŞ Oman körfəzində yük gəmisini VURDU

ABŞ Oman körfəzində yük gəmisini VURDU

Dünya

30 May 2026, 23:33

ABŞ Silahlı Qüvvələri İran limanına doğru hərəkət edən növbəti kommersiya gəmisini sıradan çıxarıb.

Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Qambiya bayrağı altında üzən “Lian Star” quru yük gəmisi ABŞ hərbçilərinin bir neçə xəbərdarlığını nəzərə almayıb. Bundan sonra ABŞ ordusu gəmini hərəkətsiz vəziyyətə salmaq üçün aviasiyadan istifadə edib.

Qeyd olunur ki, ABŞ hərbçiləri gəminin göyərtəsinə çıxmayıblar.

Hazırda gəmi Oman körfəzində nəzarətsiz şəkildə sürüklənir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!