Modern.az

İran razılaşmasa, ABŞ hərbi əməliyyatları yenidən başladacaq - Müharibə naziri

İran razılaşmasa, ABŞ hərbi əməliyyatları yenidən başladacaq - Müharibə naziri

Dünya

Bu gün, 21:11

ABŞ İranla nüvə proqramı üzrə razılıq əldə olunmayacağı təqdirdə hərbi əməliyyatları yenidən başlatmağa hazırdır.

Modern.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Pit Heqset Sinqapurda keçirilən Şanqri-La Dialoqu zamanı bildirib.

Nazirin sözlərinə görə, Vaşinqton zərurət yaranacağı halda hərbi əməliyyatları yenidən həyata keçirmək imkanına malikdir.

“Lazım gələrsə, əməliyyatları yenidən başlatmaq qabiliyyətimiz var. Bunun üçün həm regionda, həm də dünyanın digər yerlərində kifayət qədər hərbi ehtiyatlarımız mövcuddur”, – deyə Heqset vurğulayıb.

ABŞ rəsmisi qeyd edib ki, İranla bağlı gərginliyə baxmayaraq, Vaşinqton Asiya-Sakit okean regionundakı öhdəliklərindən geri çəkilməyib və eyni vaxtda bir neçə istiqamətdə fəaliyyət göstərmək gücündədir.

O bildirib ki, ABŞ müdafiə sənayesi hazırda gücləndirilir və yaxın dövrdə sursat istehsalının 2-4 dəfə artırılması planlaşdırılır.

Heqset əlavə edib ki, ABŞ Prezidenti Donald Trump diplomatik həll yoluna üstünlük verir və İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq razılaşmanın əldə olunmasında maraqlıdır.

Qeyd edək ki, son aylarda Vaşinqton və Tehran arasında nüvə proqramı ilə bağlı danışıqlar beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır. ABŞ administrasiyası İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyini dəfələrlə bəyan edib.

Sizə yeni x var
Keçid et
Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV