Modern.az

Azərbaycanda 9 milyon 100 min mobil telefon abunəçisi var

Azərbaycanda 9 milyon 100 min mobil telefon abunəçisi var

Ölkə

6 Yanvar 2011, 11:47

“Azərbaycanda mobil rabitə sahəsində, mobil abunəçilərin sayı 2010-cu ildə təxminən 1 milyon 342 min 880 nəfər artaraq 9 milyon 100 min nəfərə çatıb və beləliklə də ölkədə “hər 100 nəfərə 100 mobil abunəçi” layihəsi uğurla icra edilib”.
Bu barədə Modern.az saytına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, 2010-cu il ərzində internetin qiyməti təqribən 50 faiz aşağı salınıb və bu dəyişiklik ölkədə internet qiymətlərinin region ölkələri ilə müqayisədə xeyli aşağı olması ilə nəticələnib.

““Xalq kompüteri” layihəsi çərçivəsində bu günədək 10 mindən çox orta və ali məktəb müəllimləri, tələbələr və şagirdlər güzəştli şərtlərlə və lisenziyalaşdırılmış proqram təminatı ilə təchiz edilmiş kompüterlər əldə edib”-deyə RİTN-dən bildirilib.

Görülən işlər nəticəsində əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 14-ə, internet istifadəçilərinin sayı 45-ə, o cümlədən genişzolaqlı internet istifadəçilərinin sayı 12-yə çatıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı