İstanbulda partlayışda ölənlərin arasında 1 nəfər azərbaycanlı olduğu bildirilir.
Modern.az bu barədə TRT Haber-ə istinadən xəbər verir.
Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, azərbaycanlı olduğu deyilən mərhumun şəxsiyyəti müəyyənləşdirilir.
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu TRT Haber-ə müsahibəsində İstanbulda baş verən partlayışın terror hadisəsi olduğunu bildirib.
Onun sözlərinə görə, hazırda bu partlayışın kim tərəfindən törədilməsi müəyyənləşdirilir.
Qeyd edək ki, terror aktı nəticəsində 11 nəfər ölüb, 36 nəfər isə yaralanıb.
Modern.az