Modern.az

Türkiyədə deputatı həbs etdilər

Türkiyədə deputatı həbs etdilər

Ülke

31 Oktyabr 2016, 08:39

Türkiyədə Demokratik Bölgələr Partiyasından (DBP) millət vəkili seçilən Fırat Anlı həbs edilib.

 

Axar.az xəbər verir ki, Diyarbəkir prokurorluğunda 5 gün öncə açılan cinayət işi üzrə saxlanılan millət vəkili barəsində həbs qətimkan tədbiri seçilib.

 

İstintaqa cəlb olunan digər şübhəli – Diyarbəkir bələdiyyə sədri Gültan Kışanak barəsində də həbs qərarı çıxarılıb.

 

Məhkəmənin qərarı ilə DBP-dən keçmiş millət vəkili Ayla Akat Ata da həbs olunub. O, Diyarbəkirdə Gültan Kışanak və Fırat Anlının həbsinə etiraz edən zaman saxlanılmışdı.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı