Modern.az

Formula 1 komandaları hansı saatları taxır?

Formula 1 komandaları hansı saatları taxır?

Ölkə

6 Aprel 2017, 13:50

Bu saatlar sayəsində Formula 1 komandaları hər saniyəni dəyərləndirə bilir.

Modern.az xarici KİV-ə istinadən Formula 1 komandalarının taxdığı saatları təqdim edir:

 

 

 

 

 

 

 

 

 

 

 

Hublot Techframe Ferrari 70 Years Tourbillon Chronograph:

 

 

 

Ferrari ilə əməkdaşlıqlarından irəli gələn bu parlaq Hublot Tourbillon Chronograph saatından Ferrarinin 70-ci ilini təbrik etmək məqsədilə yalnız 210 ədəd istehsal olunub. Karbon, qızıl və titanyum örtülü üç müxtəlif modelə malik olan Hublot Ferrarinin genində olan güc, performans və çevikliyi əskik etmir. Bir Ferrari maşını kimi dizayn edilən saat minimum ağırlıqla maksimum performans göstərir.

 

Edifice Scuderia Toro Rosso Limited Edition:

 

 

Toro Rosso kimi zərif və iti olan Edifice model saat, komanda loqosunun rənglərini özündə əks etdirməsi ilə yanaşı, kəmərinin içi də qırmızıdır. Ağıllı telefona qoşulan saatın, həmçinin su izolyasiyası baxımdan  10 balla qiymətdirilib və solar texnologiyaya malikdir.

 

Richard Mille RM 50-03:

 

 

Dünyada yalnız 75 dənə olan bu Riçard Mille saat da Mclaren Honda F1 ilə olan əməkdaşlıqdan doğur. 5-ci dərəcəli titanyum-dan hazırlanan bu ultra lüks saat dəmirdən 6 qat daha yüngül, amma 200 qat qədər daha güclü olan grafenden yaranır, həmçinin numerik qüvvə momenti göstəricisinə malikdir.

 

Bell and Ross BR X1 Tourbillon RS 17:

 

 

 

Renault F1 komandasından ilham alınaraq düzəldilmiş Bell & Rosse BR-RS17 kolleksiyasındakı saatlar avtomobilin sükanındakı düymələrin rənglərindən və düymələrindən yaranır. Bahalı saatlarda adətən rəng görülməzkən bu saata olmasının səbəbi funksiyaların prioritet və qabarıq olması üçündür. Şinlərdə olduğu kimi saatın kənarları, qayışı və lövhələri kauçukdandan ibarətdir.

 

TAG Heuer Formula 1 Red Bull Chronograph:

 

 

 

Red Bull Racing Formula 1 komandası ilə ortaq olan TAG Heuer keçən il Formula 1 üzrə Monaco Qran-Pri yarışı vaxtında xüsusi bir saat seriyası təqdim edib. Komandanın rənglərini daşıyan mavi və qırmızı saatın ətrafı mat alüminium örtülüdür.

 

Qafar Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı