Modern.az

Deputat nazirə müraciət etdi

Deputat nazirə müraciət etdi

Ölkə

21 Sentyabr 2011, 11:33

Azərbaycanın nadir tarixi memarlıq nümunələrindən biri olan və XIV əsrdə inşa edilmiş Bərdə türbəsi dağılmaq təhlükəsindədir.

Hazırda türbə ciddi olaraq qəza vəziyyətindədir. Gözümüzün önündə bu tarixi mədəniyyət nümunəsi hər an məhv ola bilər.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus mədəni və tarixi abidələr ermənilər tərəfindən vəhşicəsinə məhv edilir. Gerçəklik odur ki, izimizi silməyə çalışırlar. Belə bir zaman kəsiyində gözümüzün önündə əlimizdə olan tarixi-mədəni abidələrimizin dağılması təhlükəsinə laqeyd münasibət anlaşılan deyil.

Modern.az məsələ ilə bağlı bu rayondan seçilmiş deputat Zahid Orucla əlaqə saxlayıb. Deputat deyib ki, doğrudan da XIV əsrə aid Azərbaycan mədəni inciləri sırasında olan bu türbənin bərpasına böyük eytiyac var:

“Hesab edirəm ki, bu, Azərbaycan, Qarabağ tarixinin mühüm sənət əsəridir. Ona görə də belə sənət əsərlərini qoruyub saxlamaq vacibdir. Onu da qeyd edim ki, XX əsrin ortalarında guya bu türbə  bərpa edilib və bu işə erməni memar rəhbərlik edib. O, türbənin ortasına bərpa adı altında beton piltə yerləşdirib. Bu isə onun ucma təhlükəsini daha da sürətləndirir”-deyən millət vəkili bildirib ki, ötən il Bərdədə olan mədəniyyət və türizim naziri Əbülfəs Qarayev orada tarixi-mədəni abidələrimizə baxış keçirib. 

Z.Oruc Bərdə türbəsinin dağılmasının qarşısının alınması üçün Əbülfəs Qarayevə müraciət etdiyini söyləyib. Deputat əminliklə bildirib ki, Bərdə türbəsi nazirin diqqətində olacaq və abidə bərpa olunacaq.

Modern.az    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı