Modern.az

İlhamə Quliyeva 5 saat əməliyyat stolunda qaldı

İlhamə Quliyeva 5 saat əməliyyat stolunda qaldı

Ülke

25 Avqust 2012, 13:15

Xalq artisti Ilhamə Quliyeva bu gün Mərkəzi Neftçilər Xəstəxanasında əməliyyat olunub. Bu barədə Modern.az-a müğənninin prodüseri Lamiyə Ələkbərqızı məlumat verib. Onun sözlərinə görə, xəstəxananın bütün həkimləri əməliyyat otağındadırlar. Saat 07:30-dan başlayan əməliyyat saat 13:00-da bitib.
“Həkimlər saat 1-də əməliyyat otağından çıxdılar. Onlar bildirdilər ki, əməliyat normal keçib və İlhamə xanımın səhhəti normaldır”-deyə, prodüsür bildirib.

L. Ələkbərqızı qeyd edib ki, Xalq artisti iki gün reanimasiya otağında qalacaq və ondan sonra palataya yerləşdiriləcək.

Xalq artistinin həkimi isə Mərkəzi Neftçilər Xəstəxanasının ürək-damar cərrahı Rəşad Mahmumdovdur.

Qeyd edək ki, Xalq artistinin ürək-damar sistemində problemlər olduğu üçün dünəndən xəstəxanaya yerləşdirilib.

Sevinc İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı