Modern.az

Türkiyədən qadın alverinin qurbanına çevrilən azərbaycanlılarla bağlı açıqlama - EKSKLÜZİV

Türkiyədən qadın alverinin qurbanına çevrilən azərbaycanlılarla bağlı açıqlama - EKSKLÜZİV

Ölkə

25 Aprel 2015, 14:16

“Türkiyədə başqa ölkələrin vətəndaşları ilə yanaşı azərbaycanlı qadınlar da insan alverinin qurbanına çevrilir. Demək olar ki, hər ay belə hallarla qarşılaşırıq”. Bu açıqlamanı Modern.az saytına “Willows Foundation”in Türkiyə nümayəndəliyinin rəhbəri Rahimə Akdoğan verib. Xanım rəhbər bildirib ki, bu məsələlərdə polis orqanları ilə birgə iş onların fəaliyyətinin effektliliyini artırır.

R.Akdoğanın sözlərinə görə, bu əməkdaşlıq nəticəsində nəzarətə götürülən qadınlar öz ölkələrinə göndərilirlər. Qurum rəsmisi məsələyə dair statistik rəqəmlərin açıqlanmasının doğru olmadığını dilə gətirsə də, kifayət qədər qadın alverinin qurbanına çevrilən azərbaycanlıların olduğunu gizlətməyib: “Ancaq son zamanlar bu məsələdə azərbaycanlı qadınların sayı müəyyən qədər azalıb. İndi Türkiyədə qadın alverinin qurbanları sırasında ilk yerlərdə Qazağıstan və Türkmənistan vətəndaşları dayanır”.

Məlumat üçün bildirək ki, “Willows foundation” təşkilatının rəhbəri Türkiz Gökgöldür. Əslən azərbaycanlı olan xanım hazırda Amerikada yaşayır. Azərbaycan əsilli iş qadını olan Türkiz Gökgöl Hacettepe universitetində psixologiya, Harvardda isə sosial elmlər ilə bağlı təhsil alıb. O, təhsilini bitirdikdən sonra bir müddət Harvard universitetində köməkçi müəllim qismində çalışdıqdan sonra, 1980-ci illərin əvvəlində Türkiyənin Boğaziçi universitetində çalışıb.

Daha sonradan o “Aile Sağlığı ve Nüfus Planlaması Vakfı”nı yaradıb. ABŞ-da təhsil aldığı vaxt bu ölkənin ən məşhur ailələrindən biri olan Gamble ailəsi ilə və onların sahib olduğu Panthfinder fondu ilə tanış olub.

Türkiyəyə qayıtdıqdan sonra isə burada bu fondun Türkiyə şöbəsini açıb. O bu fondun Asiya və Yaxın Şərq üzrə rəhbər köməkçisi olaraq hətta Vyetnam, Efiopiya kimi ölkələrdə qadın, uşaq və repreduktiv sağlamlıq məsələləri ilə yaxından tanış olub.

Bu zaman Türkiz Gökgöl ABŞ-ın ən varlı biznes qadını və investoru olan Warren Buffetin həyat yoldaşı Suzan Baffetlə tanış olub. Gökgöl Buffet Fondundan aldığı dəstəklə 1997-ci ildə Virginiyada yaratdığı “Willows Foundation” fondunun İstanbulda Türkiyə təmsilçiliyini açıb. Bu fond bir illik 3 milyon büdcəyə sahibdir və 12 əyalətdə öz fəaliyyətini həyata keçirir.

 Hazırda fond 70-dən artıq ölkədə fəaliyyət göstərsə də, Azərbaycanda nümayəndəliyi yoxdur.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı