Modern.az

Sual asan, tələbə çox, bəs KEYFİYYƏT...

Sual asan, tələbə çox, bəs KEYFİYYƏT...

کشور

30 İyul 2015, 10:14

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ali təhsil müəssisələrinə ixtisas qrupları üzrə aparılan qəbul imtahanları başa çatıb.

Açıqlanan nəticələrə əsasən abituriyentlər ixtisas seçimlərini edirlər. Bu il eyni zamanda 700 bal toplayanlara görə də rekord nəticə yaşanıb, 15 nəfər 700 bal toplayıb. Bununla yanaşı, abituriyentlər arasında yüksək nəticə göstərənlər bu il çoxdur.

Hətta qeyd edilir ki, TQDK tərəfindən salınan suallar o qədər asan olub ki, zəif hazırlaşan abituriyent belə 200-dən çox bal toplayıb. Sualların asan olması yüksək bal toplayanların da sayına təsirsiz ötüşməyib.

Uzun zamandır ki, təhsil ekspertləri tərəfindən imtahan suallarının çətin olması qeyd edilirdi. Nəticədə abituriyentlərin imtahanda yetəri qədər bal toplamamaları ali məktəblərin plan yerlərinin boş qalmasına səbəb olurdu. 

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən təhsil eksperti Nadir İsrafilov da abituriyentlərin bu ilki qəbul imtahanlarında yüksək nəticə göstərmələrini sualların asanlaşdırılması ilə bağlı olduğunu vurğulayıb. 

“700 bal sistemi tətbiq olunanda orta bal 350 götürülmüşdü. Amma sonradan nəticələrə əsasən orta bal göstəricisi ildən-ilə aşağı salındı, hətta 150 bal olduğu il də oldu. Abituriyentlərin bu il yüksək bal toplamaları, çoxunun keçid balı keçmələri hələ təhsilin səviyyəsinin yüksəlməsi demək deyil”. 

N.İsrafilovun sözlərinə görə, bütün bunlar təhsilin səviyyəsinin aşağı düşməsinin nəticəsidir.

“Suallar çətin olanda, keçid balı toplayanlar da azlıq təşkil edirdi. Nəticədə təhsilin səviyyəsinin aşağı olması hətta Prezident Adminstrasiyası səviyyəsində tənqid olundu. Müəyyən illər suallar çətinləşdirilir, vəziyyət gərginləşəndə isə suallar asanlaşdırılır”. 

Sualların asanlaşdırılması ilə ali məktəblərin plan yerlərinin doldurulması məsələsinə aydınlıq gətirən təhsil eksperti qeyd edib ki, dünya təcrübəsində abituriyentlər universitetləri deyil, universitetlər onları seçir.

N.İsrafilopvun sözlərinə görə ya biz keyfiyyətli kadr istehsal etməliyik, ya da plan yerlərinin doldurulmasını nəzərə alıb keyfiyyətsiz təhsilə üstünlük verməliyik. 

Aytən ZƏHRA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı