Azərbaycanda bu il keçiriləcək parlament seçkilərində ilk dəfə olaraq Ahıska türklərinin nümayəndəsi də iştirak edəcək.
Modern.az MSK-nın mətbuat xidmətinə istinadən bildirir ki, 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə Ahıska türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov namizəd kimi qeydə alınıb.
Burhanov seçkilərə bitərəf kimi qatılıb.
Modern.az