Modern.az

“Domodedovo"da ölən və yaralananlar arasında azərbaycanlı yoxdur

“Domodedovo"da ölən və yaralananlar arasında azərbaycanlı yoxdur

Eğitim

25 Yanvar 2011, 12:00

“Rüsiyanın "Domodedovo" hava limanında törədilən terror aktı zamanı ölən və yaralananlar arasında azərbaycanlı yoxdur”. Bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresinin Moskva Regional Bölməsinin sədri İlqar Hacıyev məlumat verib. (ANS)
“Bizdə bu saata olan məlumata görə, Moskvanın "Domodedovo" hava limanında baş verən partlayışdan zərər çəkənlər arasında azərbaycanlı yoxdur”, - deyə o bildirib.

İlqar Hacıyev hazırda həm konqresin, həm də Azərbaycanın Rusiydakı səfirliyinin zərərçəkənlər arasında həmyerlilərimizin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirdiyini bildirib.

Qeyd edək ki, "Rossiya-24" telekanalının məlumatına görə, terror aktı nəticəsində bir Azərbaycan vətəndaşı xəsarət alıb və hazırda Moksvadakı xəstəxanalardan birinə yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı