Modern.az saytı xəbər verir ki, Twitter şirkəti Türkiyənin Telekommunikasiya Əlaqələri üzrə Dövlət Komitəsinin məhkəmə qərarıyla dondurmaq istədiyi hesabları artıq bağlamağa başlayıb.
Samsun şəhərində bir xanımın adından istifadə edərək Twitterdə əxlaq normalarına uyğun olmayan sözlər və şəkillər yerləşdirən saxta hesab artıq dondurulub.Qeyd edək ki, Twitterin qadağan olunmasına səbəb kimi Samsun Cəza Məhkəməsində iddia qaldıran qadının iddiasının təmin olunması göstərilmişdi. Ancaq Twitter “hesabın bağlanması" haqda qərarın icrasını diqqətə almamışdır.
Ölkə ərazisində Twitterin tamamilə bağlanmasından sonra, Samsun Bürosu vəkillərindən Adnan Aydın açıqlamasında “İndi görürük ki, bu qərar əsas alınaraq Twitterin tamamən bağlanması həyata keçirilmişdir. Bizim tələbəmiz sadəcə əlaqəli hesabın bağlanması olmuşdu. Twitterin tamamilə bağlaması tələbimiz olmayıb, ola da bilməz" deyə bildirib.
Modern.az