Modern.az

“Səni axtarıram”dan daha bir yenilik

“Səni axtarıram”dan daha bir yenilik

Təhsil

13 Aprel 2014, 19:48


ATV telekanalında hər bazar saat 22.00-da yayımlanan populyar “Səni axtarıram” verilişi budəfəki buraxılışında yenilik edəcək. Verilişin rəhbərliyindən Modern.az saytına verilən məlumata görə, bu axşamkı dəyişiklik “Səni axtarıram”ın 5 ölkəyə bağlantı qurmasından ibarətdir. Tamaşaçılar “Səni axtarıram” verilişinin Rusiyanın oxşar “Jdi menya” proqramı ilə yanaşı, Belarus, Ukrayna, Moldova, Qazaxıstan ilə də telekörpüsünün şahidi olacaqlar.
Bundan başqa, veriliş müddətində uzun müddətdir öz yaxınını axtaran bir azərbaycanlıya Rusiyanın “Jdi menya” proqramı vasitəsilə xoş xəbər veriləcəyi də bildirilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı