Modern.az

Bakıda bir ailə qidadan zəhərləndi

Bakıda bir ailə qidadan zəhərləndi

Təhsil

29 Aprel 2014, 12:34


Binəqədi rayonunda bir ailə qidadan zəhərlənib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, aprelin 26-da Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbə sakinləri Ramiz Hüseynov, arvadı Səmayə, qızı Minayə, gəlini Familə, nəvələri Məleykə, Kənan və Səmayə qidadan (tortdan) zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.

Digər məlumata görə, aprelin 28-də Gəncə şəhər sakini Şubay Həsənov, Cəlilabad rayon sakini Rəşanə Həsənova, Füzuli rayon sakini Fərqanə Qasımova, Xırdalan şəhər sakini Aleksandr Melnikov dərmandan, Abşeron rayonu Qobu qəsəbə sakini Cəmil Əmirov kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı