Ukrayna prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinov qismən səfərbərlik haqqında fərman imzalayıb.
Qeyd edək ki, fərmana əsasən, qismən səfərbərlik Vinnitsk, Volınsk, Dnepropetrovsk, Donetsk, Jitomir, Zakarpat, Zaporojye, İvano-Frankovsk, Kiyev, Kirovoqrad, Luqansk, Lvov, Nikolayev, Odessa, Poltava, Rovensk, Sum, Ternopol, Xarkov, Xerson, Xmelnitsk, Çerkassk, Çernovitsk, Çerniqov vilayətləri və Kiyev şəhərində elan olunub. Səfərbərlik fərmanın qüvvəyə mindiyi gündən 45 sutka ərzində tətbiq olunacaq. (APA)