Modern.az

Zərdab rayonuna ildırım düşüb

Zərdab rayonuna ildırım düşüb

Təhsil

22 Sentyabr 2014, 00:39

Sentyabrln 21-də gecə saatlarında Zərdabın Qoruqbağı kəndinə ildırım düşüb. Modern.az-ın xəbərinə görə, bu barədə kənd sakini, jurnalist Nicat İntiqam məlumat verib.

”Zərdab rayonunun Qoruqbağı kəndində təbii fəlakət baş verib. Kənd sakinlərindən aldığım məlumata görə, bu gün 21:40 radələrində rayonun Qoruqbağı kəndində Məhərrəm Məhərrəmova məxsus həyətyanı sahədə tövləyə ildırım düşüb. İldırım tövlənin yanmasına səbəb olub. Kənd sakinləri və Fövqəladə Hallar Nazirliyinin Zərdab rayon Yanğından Mühafizə Hissəsi əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının fərdi yaşayış evinə keçməsinin qarşısını almaq mümkün olub”.

Jurnalist bildirib ki, fərdi təsərrüfat sahəsin sahibi Məhərrəm Məhərrəmov və onun ailəsi hazırda Rusiyada yaşayır.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı