Modern.az

Nazirlikdən havanın dəyişəcəyi barədə XƏBƏRDARLIQ

Nazirlikdən havanın dəyişəcəyi barədə XƏBƏRDARLIQ

Təhsil

31 Oktyabr 2014, 16:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Modern.az-a verdiyi məlumata görə, noyabrın 2-də Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından başlayaraq hava şəraitinin əlverişsiz keçəcəyi, şimal küləyinin güclənəcəyi, axşam saatlarından başlayaraq temperaturun kəskin, 8-10 dərəcə aşağı enəcəyi, noyabrın 2-si axşam, noyabrın 3-ü və 4-də havanın soyuq keçəcəyi, maksimal temperaturun 4-6 dərəcə isti olacağı gözlənilir.  Hava fasilələrlə yağıntılı olacaq.

Respublikanın rayonlarında isə noyabrın 1-də şimal və qərb rayonlarından başlayaraq noyabrın 5-dək hava şəraitinin əlverişsiz keçəcəyi, arabir yağıntılı olacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.

Noyabrın 2-dən başlayaraq havanın temperaturu tədricən 7-12 dərəcə aşağı enəcək. Bəzi rayonlarda güclü qərb, şimal-qərb küləyi əsəcək.


Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı