Modern.az

Gümrüdə erməni əsgər itkin düşdü

Gümrüdə erməni əsgər itkin düşdü

Образование

23 Fevral 2015, 11:49

Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasında xidmət edən hərbi qulluqçusu Artur Afyan itkin düşüb.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı Afyanın itkin düşməsi ilə bağlı xəbəri onun həyat yoldaşı verib. Hərbi qulluqçunun axtarışı üçün hərbi baza və Gümrü polisi geniş axtarış tədbirlərinə başlayıb.

Yanvarın 7-də 102-ci hərbi bazanın hərbi qulluqçusu Valeri Permyakov xidməti yerini qanunsuz tərk edərək Gümrüdə 7 nəfərdən ibarət erməni ailəsini güllələyərək məhv edib.

Modern.az  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı