Azərbaycan Respublikasının Latviyadakı Səfirliyinin məlumatına əsasən, Latviya Respublikası Seyminin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr qrupu tərəfindən Xocalı soyqırımı haqqında bəyanat qəbul edilib. Bəyanat Latviya Seyminin 53 deputatı tərəfindən imzalanıb.
Bəyanatda Xocalı faciəsinin ildönümünü qeyd edən Azərbaycan xalqına Latviya Seymi tərəfindən başsağlığı verilir və bu faciənin insanlıq əleyhinə cinayət olduğu bildirilir.
Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu vurğulanır.
Modern.az