Modern.az

Cəbhədə vəziyyət gərginləşib

Cəbhədə vəziyyət gərginləşib

Təhsil

18 Mart 2015, 09:45


Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 50 dəfə pozub.

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Şirvanlı, Nəmirli, Kəngərli, Şıxlar, Yusifcanlı, Sarıcalı, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. 

Düşmən cavab atəşi ilə susdurulub.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı