Modern.az

ABŞ-ın nəhəng bankları "çikli pullar"la bağlı 40 ölkəni boykot edib

ABŞ-ın nəhəng bankları "çikli pullar"la bağlı 40 ölkəni boykot edib

Eğitim

20 Noyabr 2010, 14:36

ABŞ-ın bir neçə nəhəng bankı 40 ölkənin səfirliyi və nümayəndəliyi ilə əməkdaşlığı dayandırdığını bəyan edib. Modern.az-ın məlumatına görə, bu barədə Vall Street Journal Dövlət Departamentinə istinadən məlumat yayıb. Banklar bu addımı “çirkli pulların” yuyulması qaydalarında üzləşdikləri çətinliklər üzündən atdıqlarını bildiriblər. Qəzet ölkələrin siyahısını verməyib. Lakin bildirib ki, 40 dövlətdən 16-sı Afrika ölkələridir. “Bu kommersiya qərarıdır. Ancaq görünür bu qərara diplomatik münasibətlərə də təsir edəcək”-deyə Departamentin nümayəndəsi bildirib.

Yeni qaydalara görə, hər bir maliyyə əməliyyatını həyata keçirərəkən banklara pulun mənbəyi və əməliyyatın məqsədi barədə dəqiq informasiya verilməlidir. Xarici nümayənəliklərə xidmət göstərməkdən imtina etmiş bankların sırasında PMorgan Chase & Co., Bank of America Corp.,  HSBC Holdings plc. kimi nəhəng banklar var.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı