16 noyabr 2018, Cümə
Ana Səhifə - REPORTAJ - “Mazandaran pələngi” Bakıya gəlmək arzusundadı
“Mazandaran pələngi” Bakıya gəlmək arzusundadı
26.02.2013, 16:12

Dünya idmanının əfsanəvi adı - İmaməli Həbibi növbəti dəfə Bakıya gəlmək arzusundadı


Beynəlxalq Olimpiya Komitəsindən gələn açıqlama idman aləmində əməlli-başlı çaxnaşma yaratdı. Belə məlum oldu ki, 2020-ci ildə təşkil ediləcək Olimpiya Oyunlarında güləşçilər döşək üzərinə çıxmayacaq. İdmanın populyar növlərindən biri siyahıdan çıxarılıb.

Olimpiya Oyunlarının tarixinə nəzər salanda güləşçilərin qoyduğu izi görmək çətin deyil. Bir çox məşhur güləşçilər məhz Olimpiya Oyunlarında qazandıqları uğurlardan sonra dünyada tanınıblar.

Dünya idmanının əfsanəvi adlarından biri - İranlı güləşçi İmaməli Həbibi də Olimpiadalar tarixinə düşənlərdəndir. Yaşlı azarkeşlər “Mazandaran pələngi”ni - İmaməli Həbibini hələ də yaxşı xatırlayırlar. Azərbaycanda isə bu ad çəkiləndə daha bir məsələ yada düşür. Söhbət bir zamanlar bizim kinoteatrlarda ən çox izlənilən “Mazandaran pələngi” filmindən gedir. İran kinematoqrafçılarının lentə aldığı bu ekran əsərində baş rolda əfsanəfi güləşçi İmaməli Həbibinin  çəkilməsi filmi daha da baxımlı etmişdi. Təsadüfi deyil ki, “Mazandaran pələngi” Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə müasir dillə desək, reytinqlər qırırdı.

Filmdən kitaba

Tanınmış din xadimi, Buzovna Cümə məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü Hacı Soltan Əlizadə də bir zamanlar “Mazandaran pələngi”nə dəfələrlə tamaşa edib və bu əfsanəvi idmançının həyatı ilə yaxından maraqlanıb. Onun yazdığı və ötən il Bakıda nəfis şəkildə çap olunan “Mazandaran pələngi İmaməli Həbibi” kitabı dünya şöhrətli güləşçiyə ehtiramın nişanəsidi.

Hacı Soltan Əlizadə ədəbi ictimaiyyətin diqqətini çəkən bir neçə kitabın müəllifidir. Onun qələmindən çıxan “Həzrət Əli (ə.) və dünya ədəbiyyatı”, “Şah İsmayıl Xətai”, “Xətai və Füzuli”, “Azərbaycan dərvişləri və rövzəxanları”, “Məsumnamə”, “Hidayət yolu”, “Məhəmməd Əmin Rəsulzadə və İslam”, “Azərbaycanın şairə qadınları və İslam”, Alllah

eşqi, insan eşqi, söz eşqi”, “Yaşamaq, yaşatmaq və yaratmaq” kitabları böyük maraqla qarşılanıb. Təsadüfi deyil ki, görkəmli şərqşünas alim akademik Vasim Məmmədəliyev Hacı Soltan Əlizadənin yaradıcılığına böyük qiymət verib, onu İslam maarifçisi adlandırıb.

Hacı Soltan Əlizadə idmanla bağlı mövzulara da biganə deyil. “İslamda idman və boks şahı Məhəmməd Əli”, “Mazandaran pələngi İmaməli Həbibi” kitabları müəllifin bu sahədə maraqlı araşdırmalar apardığını göstərir.

Hacı Soltan İranın dünya idmanına bəxş etdiyi cahan pəhləvanını ilk dəfə “Mazandaran pələngi” filmindən tanıyıb və elə o vaxtdan bu nadir şəxsiyyət haqqında ətraflı bilgi toplayıb: “İranlı kino xadimlərinin çəkdiyi “Mazandaran pələngi” filmi o zamanlar Azərbaycanda ən populyar filmlərdən biri idi. Filmdə gördüyüm bir epizod məni təsirləndirdi və baş rolda çəkilən mahir güləşçi İmaməli Həbibiyə qarşı marağımı daha da artırdı. Həmin epizodda İmaməli Həbibi Məşhəddə İmam Rzanın (ə) məzarını ziyarətə gələndə yaşlı bir qadının ağladığını görür. Qadından nə üçün ağladığını soruşur. Qadın deyir ki, mən Xorasanın yenilməz pəhləvanı Keyvanın anasıyam. Oğlum sabah “Mazandaran pələngi” ilə döyüşəcək. Əgər məğlub olsa, istədiyi qızı ona verməyəcəklər. Bu isə mənim üçün böyük dərd olacaq. Anayam, ürəyin bu dərdə tab gətirməz. Ziyarətə gəlmişəm ki, oğlum üçün dua edim və o, “Mazandaran pələngi” ilə döyüşdən qalib ayrılsın. İmaməli Həbibi onu tanımayan ağbirçək anaya deyir ki, mən sənə söz verirəm, oğlun sabah qalib gələcək. Arxayın ol, ana.

Hər dəfə bu kadrlara baxanda İmaməli Həbibiyə hörmətim bir qədər də artırdı. Çünki o, bir ağbirçək ananın göz yaşlarına görə çempionluq titulundan belə imtina edir. Həzrət Əli (ə) buyurub ki, pəhləvanların ən güclüsü öz nəfsinə qalib gələndir”.   

“Şaha dedim ki...”

Hacı Soltanla söhbətə, onun cahan pəhləvanı İmaməli Həbibi ilə İrandakı görüşünə bir azdan qayıdacağıq. Yazının bu yerində dünyanın məşhur güləşçisi ilə oxucuları yaxından tanış edək.

İmaməli Həbibi 1931-ci il mayın 13-də Gəncəfruzda anadan olub. Sonradan İranın fəxrinə çevriləcək İmaməli kiçik yaşlarından fiziki əməklə məşğul olub, çəltik sahələrinin suvarılmasında ailəsinə kömək edib. 12 yaşına çatanda atasını itirir. Şahi şəhərində yaşayan bacısının yanına köçən gələcək pəhləvan dəmirçi mağazasında işə düzəlir.

Güləşdə böyük uğurlar qazanan “Mazandaran pələngi” çox çətinliklərlə üzləşib. Özü xatirələrindən birində yazır: “Məsul yarışların birindən öncə anam ağır xəstələnmişdi, onu müalicə etmək üçün lazım olan pul isə məndə yox idi. Utana-utana qubernatorun qəbuluna getdim. Çətinliklə də olsa onun qəbuluna düşəndən sonra vəziyyəti başa saldım və üç aylıq maaşımı öncədən verilməsini xahiş etdim. Güləş Federasiyasından verilən sənədi də ona göstərdim. Amma qubernator xahişimi rədd etdi və məni polislə hədələdi.

Çox çətinliklərə baxmayaraq yarışa getdim və İran Şahının da izlədiyi seçim turunda məşhur güləşçi Cahanbəxt Tovfiqə “Yekdesa” adlı fəndlə qalib gəldim. Bütün stadionu sükut bürüdü. Heç yerdə tanınmayan bir gəncin qələbəsi hamını təəccübləndirmişdi. Amma bir azdan stadionu “Var olsun Mazandaran pələngi İmaməli Həbibi!” sədaları bürüdü. Şah məni hüzuruna çağırdı və Olimpiadaya gedib qələbə qazanmağımı istədi. Elə oradaca Olimpiadaya göndərilməyim barədə idman rəsmilərinə göstəriş verdi. Bir neçə dəqiqə sonra qubernatorun mənimlə görüşmək istədiyini dedilər. Qubernator gülə-gülə əlini cibinə atdı və “300 tümən bəxşişini al”-deyə mənə tərəf gəldi. Lakin mən bu təklifdən imtina etdim. Dedim ki, öz halal pulumu istəyəndə məni kabinetinizdən qovdunuz. İndi təklif etdiyiniz bəxşiş isə lazım deyil. Çünki bu haram puldu”.

Pəhləvana Bakıda verilən qılınc

Dünya şöhrətli idmançı barədə dəyərli kitab yazan Hacı Soltan Əlizadə öz qəhrəmanı ilə görüşmək, bu canlı əfsanənin əllərini sıxmaq arzusuna da çatır. Uzun illərdən sonra baş tutan bu görüşü Hacı Soltan belə danışır: “Bayaq qeyd etdiyim kimi, “Mazandaran pələngi” filminə baxandan sonra bu insana qarşı məndə böyük rəğbət oyanmışdı. Bir neçə illik gərgin axtarışlardan sonra İmaməli Həbibi haqqında kitab yazdım. Ötən ilin yayında kitab qəhrəmanın vətənində - Mazandaranda təqdim olundu. Vilayətin idman naziri məni hörmətlə qəbul etdi, kitab haqqında xoş sözlər söylədi. O zaman İmaməli Həbibi xaricdə olduğu üçün onunla görüşmək mümkün olmadı.

Noyabr ayında isə mənə xoş xəbər verdilər. Məlum oldu ki, Həbibi İrana qayıdandan sonra yazdığım kitab barədə onu məlumatlandırıblar. Azərbaycanda barəsində kitab yazıldığından sevinən “Mazandaran pələngi” mənimlə görüşmək istədiyini bildirib.

Ötən il noyabrın 7-də İran İslam Respublikasına gedib 82 yaşlı canlı əfsanə ilə görüşməyə nail oldum. Qismətimə belə bir görüş yazdığı üçün Allaha dualar etdim.

Adını dünya güləşinin tarixinə qızıl hərflərlə yazan İmaməli Həbibi ilə Mazandaranın Qaimşəhr şəhərindəki evində görüşdüm. Məni ən əziz qonaqlarından biri kimi qarşıladı, bağrına basdı. “Mazandaran pələngi İmaməli Həbibi” kitabımı şəxsən ona təqdim etdim.

Kitabı vərəqləyəndə gənclik illərindəki şəkilləri görüb gözləri doldu. Azərbaycandan apardığım suvenirləri də cahan pəhləvanına bağışladım. Mənzili ilə tanışlıq zamanı məlum oldu ki, məşhur idmançı xatirə hədiyyələrindən muzey düzəldib və Bakının rəmzləri sayılan Qız Qalası, İçərişəhərlə bağlı suvenirləri ayrıca guşədə saxlayacağına söz verdi”.

“Mazandaran pələngi” Hacı Soltanla görüşəndə bir zamanlar Bakıda ona hədiyyə olunan qılıncı da müsafirinə göstərib, Azərbaycan haqqında xoş sözlər deyib: “Görüş boyu Azərbaycan dilində kəlmələr işlədir, xalqımıza sevgisini bildirirdi. Azərbaycana üç dəfə səfər etdiyini, Bakıya, onun sakinlərinə vurulduğunu deyən Həbibi xatirə qılıncı da  göstərdi. Məlum oldu ki, Azərbaycana səfərlərinin birində o zaman idman işlərinə məsul şəxs məşhur güləşçiyə yadigar olaraq qılınc bağışlayıb. İmaməli Həbibi Azərbaycanda güləş məktəbinin görkəmli nümayəndələrindən biri sayılan İbrahimpaşa Dadaşovla güləşdiyini xatırladı, onun haqqında xoş sözlər dedi”.

“Mazandaran pələngi” yenidən Azərbaycana gəlmək arzusunda olduğunu da dilə gətirib: “Ürəyim Azərbaycandakı qardaşlarımın yanındadı. Qismət olsa, yenidən onlara görüşə gedərəm”. 

Statistika. Qızıl içində olan Cahan pəhləvanı

1956-cı il. Olimpiya Oyunları. Melburn (Avstraliya) Qızıl medal
1958-ci il. Asiya Oyunları. Tokio (Yaponiya) Qızıl medal
1959-cu il. Dünya Çempionatı. Tehran (İran) Qızıl medal
1960-cı il. Olimpiya Oyunları. Roma (İtaliya) 4-cü yer
1961-ci il. Dünya Çempionatı. Yokohama (Yaponiya) Qızıl medal
1962-ci il. Dünya Çempionatı. Ohayo (ABŞ) Qızıl medal

Etibar CƏBRAYILOĞLU
“Ədalət” qəzeti


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
İlham ABBASOV
26.02.2013, 19:55

"Mazandaran pələngi"nə aid Azərbaycanla bağlı ən maraqlı fakt odur ki, İmaməli Həbibi dünya çempuonu titulunu 1963-cü ildə Azərbaycan pəhləvanı Aydın İbrahimova uduzaraq itirib.

Zaman
12.03.2013, 10:58

Filmi dəfələrlə seyr etmiş "Mazandaran pələngi"nə həsəd aparmışam. İdman titullarına deyil- insanlıq titullarına. O, həqiqətən sübut etmişdir ki,"sağlam bədəndə sağlam ruh olar". Allah köməyi olsun!

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
7 BMT sülhməramlısı öldürüldü
16.11.2018, 00:28

7 BMT sülhməramlısı öldürüldü

Səfir Meksika şəhəri ilə Bərdənin qardaşlaşmasını təklif edir
16.11.2018, 00:09

Səfir Meksika şəhəri ilə Bərdənin qardaşlaşmasını təklif edir

Öldürülən Rusiya səfirinin istintaqı tamamlandı
15.11.2018, 23:56

Öldürülən Rusiya səfirinin istintaqı tamamlandı

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
15.11.2018, 23:38

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Sabahdan avtomobillərdə pərdə və jalüzlər qadağan olunacaq
15.11.2018, 23:24

Sabahdan avtomobillərdə pərdə və jalüzlər qadağan olunacaq

“Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur”- Mikayıl Cabbarov
15.11.2018, 23:10

“Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur”- Mikayıl Cabbarov

Maştağada qəbirqazan “iş başında” öldü
15.11.2018, 22:58

Maştağada qəbirqazan “iş başında” öldü

Trampdan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün göstəriş
15.11.2018, 22:41

Trampdan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün göstəriş

Azərbaycan komandası məğlub oldu
15.11.2018, 22:27

Azərbaycan komandası məğlub oldu

Sumqayıtda yaşlı kişi intihar edib
15.11.2018, 22:16

Sumqayıtda yaşlı kişi intihar edib

Azərbaycana iş üçün gələn Türkiyə vətəndaşlarının sayı xeyli azalıb
15.11.2018, 22:07

Azərbaycana iş üçün gələn Türkiyə vətəndaşlarının sayı xeyli azalıb

OPEC-in yeni prezidentinin adı açıqlandı
15.11.2018, 21:54

OPEC-in yeni prezidentinin adı açıqlandı

Agentlik Bakıdakı dəhşətli tıxaca görə bu qurumları GÜNAHKAR sayır
15.11.2018, 21:42

Agentlik Bakıdakı dəhşətli tıxaca görə bu qurumları GÜNAHKAR sayır

Yunanıstanda Gürcüstan vətəndaşına 290 il həbs cəzası verildi
15.11.2018, 21:30

Yunanıstanda Gürcüstan vətəndaşına 290 il həbs cəzası verildi

Əhali 10 ayda dərmana təqribən 400 milyon manat xərcləyib
15.11.2018, 21:16

Əhali 10 ayda dərmana təqribən 400 milyon manat xərcləyib

Qaşıqçı cinayətinə görə 17 nəfərə sanksiya tətbiq edildi
15.11.2018, 21:03

Qaşıqçı cinayətinə görə 17 nəfərə sanksiya tətbiq edildi

Avtobus qəzasında xeyli insan yaralandı
15.11.2018, 20:48

Avtobus qəzasında xeyli insan yaralandı

Baş nazir istefaya göndərilir
15.11.2018, 20:37

Baş nazir istefaya göndərilir

“Instagram” Prezidentin səhifəsini yenidən bağladı
15.11.2018, 20:28

“Instagram” Prezidentin səhifəsini yenidən bağladı

Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi ilə bağlı Dövlət Proqramı təsdiqlənib
15.11.2018, 20:15

Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi ilə bağlı Dövlət Proqramı təsdiqlənib

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir - FOTO
15.11.2018, 20:03

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir - FOTO

Bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir
15.11.2018, 19:39

Bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir

Universitetdə “Aprel şəhidləri”nin xatirəsi yad olundu - FOTO+VİDEO
15.11.2018, 19:35

Universitetdə “Aprel şəhidləri”nin xatirəsi yad olundu - FOTO+VİDEO

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib
15.11.2018, 19:02

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Sabah Lənkəranda su kəsiləcək
15.11.2018, 18:54

Sabah Lənkəranda su kəsiləcək

Qarabağ İcması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyib
15.11.2018, 18:38

Qarabağ İcması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyib

UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan konfrans - FOTO
15.11.2018, 18:24

UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan konfrans - FOTO

Peruda məhbuslar qiyam etdi - 4 nəfər girov götürülüb
15.11.2018, 18:19

Peruda məhbuslar qiyam etdi - 4 nəfər girov götürülüb

İlham Əliyev Əvəz Qocayevə fəxri ad verdi
15.11.2018, 17:49

İlham Əliyev Əvəz Qocayevə fəxri ad verdi

Nəsiminin 650 illik yubileyi qeyd ediləcək
15.11.2018, 17:44

Nəsiminin 650 illik yubileyi qeyd ediləcək

Eldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdi
15.11.2018, 17:34

Eldar Əzizov Bakı meriyasına yeni mətbuat katibi gətirdi

Şükür Astanova Prezidentin fərdi təqaüdü verilib
15.11.2018, 17:28

Şükür Astanova Prezidentin fərdi təqaüdü verilib

İlham Əliyev onları təltif etdi - SİYAHI
15.11.2018, 17:27

İlham Əliyev onları təltif etdi - SİYAHI

Azərbaycan Hotel Assosiasiyasının I Baş Assambleyası keçiriləcək
15.11.2018, 17:27

Azərbaycan Hotel Assosiasiyasının I Baş Assambleyası keçiriləcək

Dövlət başçısı yol tikintisinə 6,6 milyon ayırdı
15.11.2018, 17:24

Dövlət başçısı yol tikintisinə 6,6 milyon ayırdı

Prezident Əli Həsənova yeni vəzifə tapşırdı
15.11.2018, 17:21

Prezident Əli Həsənova yeni vəzifə tapşırdı

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
15.11.2018, 17:10

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Diplomatlar üçün ixtisasartırma kursları təşkil olundu
15.11.2018, 17:04

Diplomatlar üçün ixtisasartırma kursları təşkil olundu

Daha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRAR
15.11.2018, 16:52

Daha 110 şəhidin vərəsəsinə birdəfəlik ödəmə veriləcək - QƏRAR

Amerika Ordusunun azərbaycanlı polkovnikinə atası Əskər həkim nə demişdi?
15.11.2018, 16:34

Amerika Ordusunun azərbaycanlı polkovnikinə atası Əskər həkim nə demişdi?

Biləsuvarda qanunsuz ov edən 3 nəfər saxlanıldı
15.11.2018, 16:26

Biləsuvarda qanunsuz ov edən 3 nəfər saxlanıldı

QHT Şurası 2019-cu il üçün 1-ci qrant müsabiqəsi elan etdi - ŞƏRTLƏR   
15.11.2018, 16:25

QHT Şurası 2019-cu il üçün 1-ci qrant müsabiqəsi elan etdi - ŞƏRTLƏR  

Abel Məhərrəmov rektor vəzifəsindən AZAD EDİLDİ
15.11.2018, 16:02

Abel Məhərrəmov rektor vəzifəsindən AZAD EDİLDİ

Bakı kəndlərindən gələn avtobusların dayanacaq yeri dəyişdirilir - FOTO
15.11.2018, 15:59

Bakı kəndlərindən gələn avtobusların dayanacaq yeri dəyişdirilir - FOTO

Neftin ölkənin ümumi ixracındakı payı artıb
15.11.2018, 15:50

Neftin ölkənin ümumi ixracındakı payı artıb

Bakıda sərnişin avtobusu yandı
15.11.2018, 15:50

Bakıda sərnişin avtobusu yandı

Birgə Komissiyanın gələn il üzrə iş planı təsdiqləndi
15.11.2018, 15:39

Birgə Komissiyanın gələn il üzrə iş planı təsdiqləndi

Əli Həsənovun köməkçisi açıqlama verdi: “Yalandır”
15.11.2018, 15:38

Əli Həsənovun köməkçisi açıqlama verdi: “Yalandır”

Azərbaycana düz bağırsağında narkotik keçirmək istədi
15.11.2018, 15:22

Azərbaycana düz bağırsağında narkotik keçirmək istədi

XİN Ukraynadakı səfirliyimizin işini Baş Prokurorluğa verdi - RƏSMİ   
15.11.2018, 15:20

XİN Ukraynadakı səfirliyimizin işini Baş Prokurorluğa verdi - RƏSMİ  

ARXİV