20 noyabr 2018, Çərşənbə
Ana Səhifə - İQTİSADİYYAT - Ermənistandan növbəti təhdid: Sərsəng su anbarı partladıla bilər
Ermənistandan növbəti təhdid: Sərsəng su anbarı partladıla bilər
05.02.2014, 18:04

Ermənilərin Sərsəng su anbarı vasitəsilə həyata keçirdikləri ekoloji fəlakət dünya miqyasında aparılan ən böyük humanitar böhranlardandır


1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilən Sərsəng su anbarı 12 kilometr uzunluğu olan çayın üzərində tikilib. Onun ümumi sututumu 565 mln m³, bəndin hündürlüyü isə 125 m- dir. Sərsəng su anbarı hazırda işğal altında olan Ağdərə rayonunun ərazisində yerləşir. Su anbarına və onun qurğularına 20 ildən artıqdır ki, texniki xidmət göstərilmədiyi üçün qəza vəziyyətindəndir. Sözügedən anbarda suyun həcminin kəskin artması işğal olunmuş Azərbaycan əraziləri ilə qonşu rayonlarda da ekoloji fəlakətə səbəb ola bilər. Sərsəng su anbarı ölkənin aşağı Qarabağda yerləşən 6 rayonunun (Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər vəYevlax) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Həmin rayonların əhalisinin böyük bir hissəsi Tərtər çayının suyundan içməli su kimi istifadə edir. Su anbarında hər birinin gücü 50 mqvt olan 2 ədəd turbindən ibarət Su Elektrik Stansiyası mövcuddur. Hər bir turbinin su buraxma qabiliyyəti 30 m³/san olmaqla SES-dən cəmi 60 m³ su buraxıla bilər. Bundan əlavə suvarma məqsədilə çaya su buraxmaq üçün SES işləmədiyi hallarda anbarın bəndində 6 ədəd siyirtmə quraşdırılıb. Bu siyirtmələr vasitəsilə hər biri 5 m³/san olmaqla Tərtər çayına cəmi 30 m³/san su buraxmaq olur. Eləcə də su anbarı dolduğu hallarda qəza sutullayıcısı vasitəsilə 740 m³/san miqdarında daşqın suları Tərtər çayına axıtmaq nəzərdə tutulub. Azərbaycanın təxminən 400 mindən artıq mülki əhalisinin həyatı hazırda Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı təhlükə altındadır.

İşğal olunmuş ərazilərdən keçən təbii su mənbələrimiz Ermənistan tərəfindən həddindən artıq çirklənməyə məruz qalır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən mütəmadi olaraq  çaylarda monitorinqlər keçirilir. Monitorinqlərin nəticəsinə uyğun olaraq çox vaxt Ermənistandan  təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar yol verilən qatılıq həddini (YVQH) keçir.

Ümumiyyətlə, işğaldan əvvəl Sərsəng su anbarı kanallar vasitəsilə 7 rayonunun ərazilərindəki 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin edirdi. Lakin indi çaylardan su tamamilə kəsilib, anbardan saniyədə cəmi 1-1,5 kubmetr su verilir. Bu sudan isə ətraf ərazilərdəki əhali məişət problemlərininin həll olunmasında istifadə edirlər. Suyun həddindən artıq kimyəvi zəhərlənməyə məruz qalması bu ərazidə yaşayan insanlarda dəri-zöhrəvi və mədə-bağırsaq xəstəliklərinin də geniş yayılmasına səbəb olur.

ETSN tərəfindən işğal olunmuş ərazilərdə erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Avropa Vəhşi Təbiətin və Təbii Ətraf mühiti Mühafizəsi üzrə Bern Konvensiyasının Baş Katibinə, Biomüxtəliflik üzrə Konvensiya İcraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Prezidentinə rəsmi müraciətlər də edilib.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov da jurnalistlərə açıqlamasında bildirib ki, belə konfliktlər işğalçı siyasətin nəticəsində meydana gələn, əslində müharibənin mahiyyətini ortaya çıxaran faktlardan biridir: “Dəfələrlə deyilib ki, Qarabağda ermənilərin mövqeyi haqsız, ədalətsiz mövqedir, heç də insanların hüquqlarının pozulması, yaxud özünü təyinetmə, müəyyənləşdirmə hüquqları ilə bağlı deyil. Sərsəng Su anbarı Azərbaycanın pulu ilə tiklilib və yalnız aşağı Qarabağ torpaqlarının suvarılması məqsədi daşıyıb”.

Nazirin sözlərinə görə, ermənilər “vəziyyəti normallaşdırmaq” sözünün arxasında gizlənərək, əldə etdikləri status kvonu əbədiləşdirmək istəyirlər: “Onda nə əsasla anbarın suyunu yayda deyil, qışda buraxırlar. Halbuki çox yağışlı havalarda, qışda aşağıda yerləşən fermaları, qaçqın evlərini yuyub aparır. Yeni faktlar da onu göstərir ki, Sərsəng su anbarı özlərinə xidmət etmir deyə, təmir də aparılmır, nəticədə təhlükə mənbəyinə çevrilib”.

H. Bağırov qeyd edib ki, ermənilərin su anbarını qonşu ölkə kimi bir yerdə idarə edək deməyə haqqı yoxdur: “Qarabağ ölkə deyil, Azərbaycanın tərkib hissəsidir. Qarabağda erməni hökuməti öz havadarlarının köməyi ilə onun təbii sərvətlərini vəhşicəsinə istismar etməkdədir. Həmin havadar ölkələrin şirkətləri də bu quldurluq fəaliyyətində həvəslə iştirak edir. Onsuz da bir gün buna son qoyulacaq”

AVCİYA: Mümkün humanitar fəlakət və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlanmalıdır

Elə bu kimi səbəblərə görə də, Milli Məclisin deputatı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti (AVCİYA), AŞPA-nın üzvü Elxan Süleymanov AVCİYA-nın təşkilatçılığı ilə həyata keçirilən "Sərsəng - humanitar faciənin qarşısının alınması" ilə bağlı geniş miqyaslı layihə həyata keçirməyə başlayıb. Layihənin məqsədi Sərsəng su anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə tək Azərbaycan cəmiyyətini deyil, eyni zamanda dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda müvafiq sənədlərin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakət və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaqdan ibarətdir. Layihənin icrası nəticəsində beynəlxalq ictimaiyyətin işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsini kəskin şəkildə pisləməsinə, beynəlxalq təşkilatları Ermənistanı su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə məcbur etməyə nail olmaqdır. Layihənin icrası Sərsəng su anbarında hər hansı təxribat və ya qəza nəticəsində ətraf ərazilərdən yaşayan insanların, həyatına, səhhətinə, əmlakına, dövlət və biznes qurumlarının mülkiyyətinə dəyəcək zərərin hesablanması, Sərsəng su anbarının texniki vəziyyətinin qiymətləndirilməsi məqsədilə beynəlxalq ekspert qrupunun yaradılmasını, bölgəyə səfərini, hesabatların hazırlanması və bir neçə dildə nəşrini, Sərsəng su anbarının qəza təhlükəsi riskinin kompüter modelinin yaradılmasını, Azərbaycanda, xarici ölkələrdə, beynəlxalq təşkilatlarda Ermənistan əleyhinə Sərsəng su anbarı ilə bağlı qərar qəbul edilməsi üzrə məlumatlandırma fəaliyyətini, o cümlədən konfransları, xarici mətbuatda nəşrləri və görüşlərin keçirilməsini nəzərdə tutur.

AŞPA-nın Sərsəng su anbarı ilə bağlı qətnamə təklifi Dubrovnikidə keçirilən Büro iclasında təsdiqlənib

Avropa Şurası Parlament Assambleyasının ( AŞPA ) Sədarət Komitəsinin "Azərbaycanın işğal altında olan ərazisindəki Sərsəng su anbarının təhlükəli vəziyyətinin yarada biləcəyi humanitar fəlakətə dair" qətnamə təklifi AŞPA -nın Dubrovnikidə keçirilən Büro iclasında təsdiqlənib. Qətnamə təklifi məruzəçi təyin edilmə üçün Sosial məsələlər, Səhiyyə və Davamlı İnkişaf Komitəsinə göndərilib. Sənəddə işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsi faktı kəskin şəkildə pislənir və Ermənistanın gücdən bu şəkildə sui- istifadə etməsi qeyri- insani davranış hesab olunur. Assambleya Ermənistan hərbi qüvvələrini su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki qeyri-qanuni Nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə çağırır. Qətnamə hər hansı hərbi təxribat planlarının qarşısını almaq və cari şərtlərdə kütləvi insan itkilərinə səbəb olacaq hər hansı qəza və ya təbii fəlakətə hazır olmaq məqsədilə beynəlxalq ictimaiyyəti dərhal tədbir görməyə səsləyir.

Elxan Süleymanov qeyd edib ki, adı çəkilən qətnamə təklifi onun təşəbbüsü ilə ötən il iyunun 25-də Avropanın 18 ölkəsini təmsil edən 45 deputatın imzası ilə təqdim olunub: “Sədarət Komitəsinin qətnamə layihəsini təsdiqləməsi çox vacib addımdır və bir qayda olaraq onun Büroya tövsiyələri geri qaytarılmır. Prosedur qaydalarına əsasən Sosial Məsələlər komitəsində təyin ediləcək məruzəçi məsələ ilə bağlı məruzə hazırlayacaq və bu məruzə AŞPA-nın plenar iclasında müzakirə olunacaq”.

Sərsəng su anbarındakı mövcud probləmlə bağlı Milli Məclisin insan hüquqları komitəsinin üzvü Fazil Mustafa da narahatlığını ifadə edib və bildirib ki, beynəlxalq müstəvidə tərəflərin iştirakı ilə müzakirələr aparılmalıdır: “Həmin ərazilərdə hərbi xidmətdə olduğuma görə onun təhlükəsini daha çox bilirəm. Suyu bir qədər çox buraxanda daşqınların yaranmasına səbəb olur. Belə olan halda bölgənin təsərrüfatına böyük zərbə vurur. Bu, əhalinin yaşayışı üçün təhlükədir. Bu təhlükə başqa təhlükələrə bənzəməz, su axını böyük fələkətlər yaşada bilər. Ona görə də bu məsələ üzərində qaldırılan həyəcan siqnalı hamını düşündürməlidir. Çünki insanlar yeni bir faciə qarşısında qala bilər”.

Ermənilərin Xocalıda törətdiyi qətliamdan sonra bu cür addımlar atması hər an gözlənilən olduğunu bildirən millət vəkili qeyd edib ki, fəlakət baş verərsə, təbii ki, bu, ermənilərin özlərinə də zərər vuracaq, çünki həmin ərazilərin bir hissəsində ermənilər yaşayır: “Bütün hallarda istər dinc erməni əhalisi, istərsə də Azərbaycan əhalisi fəlakətlə üzləşəcək. Humanitar fəlakətə gətirib çıxaran məsələyə dünya ictimaiyyəti kəskin reaksiya verməli və həssaslıq göstərməlidir ki, bunun təhlükəsi önlənsin. Buna görə də Ermənistana diplomatik və siyasi təsirlər artırılmalıdır. Bunlar da beynəlxalq müstəvidə tərəflərin iştirakı ilə müzakirə olunmalıdır ki, belə bir qərarın verilməsinə imkan verilməsin. Ermənilər anbarı partladacaqları dediklərini reallaşdıra bilərlər. Bu istiqaəmtdə daha çox millət vəkili Elxan Süleymanov məsələ qaldırır. Biz də onu dəstəkləyirik. Dəfələrlə Avropa Şurası səviyyəsində məsələ qaldırılıb. Hesab edirəm ki, hər kəs dəstək verməli və aktual mövzunun gündəmdə saxlanması üçün çalışmalıdır ki, təhlükənin qarşısını almaq mümkün olsun”.

Elxan Süleymanov: “25 ildən artıq bir müddət ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə göz yuman dünya birliyi belə bir növbəti faciə baş verərsə, onu Allahın və təbiətin üzərinə atacaq”

Elxan Süleymanov Sərsəng su anbarı ilə bağlı Bakıda keçirilən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin toplantısında çıxışı zamanı çağırış da edib: “25 ildən artıq bir müddət ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə göz yuman dünya birliyi belə bir növbəti faciə baş verərsə, onu Allahın və təbiətin üzərinə atacaq. Çox təəssüf ki, dünya birliyi, beynəlxalq təşkilatlar hələ də Ermənistanın təcavüzkarlığına göz görə-görə göz yumurlar. Onlar işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycan arasında bərabərlik işarəsi qoyurlar. Bu 25 ildən artıq müddət ərzində işğala məruz qalan və təcavüzə uğrayan Azərbaycan xalqında, Azərbaycan cəmiyyətinə böyük narazılıq və təəssüf hissi doğurur. Bu gün dünyada beynəlxalq hüququn əsas prinsipi ərazi bütövlüyünün təmin edilməsidir. Biz də Qarabağ münaqişəsinin məhz bu prinsip əsasında ədalətli həllini istəyirik və gözləyirik”.

Ümumiyyətlə, AVCİYA "Sərsəng - humanitar faciənin qarşısının alınması" layihəsi ilə bağlı vaxtaşırı müxtəlif tədbirlər, konfranslar keçirir. Tərtərdə işğal altındakı Sərsəng su anbarının vəziyyəti ilə bağlı müxtəlif ölkələrdən olan alim və mütəxəssislərin iştirakı ilə keçirilən beynəlxalq konfrans da bu qəbildəndir. 

Elə bu il yanvarın 25 də də AVCİYA Bərdə şəhərində yerləşən Elektron kitabxanada "Sərsəng su anbarının meliorasiya şəbəkəsinə təsiri" mövzusunda seminar keçirib. 

Seminarda qeyd edilib ki, Sərsəng su anbarından nizamsız su verilməsi nəticəsində hidrotexniki qovşağın beton üzlüklü kanalları aşınır, dağılır və su ötürücü imkanları məhdudlaşır, torpaq arxlar isə təbii və texnogen təsirlər nəticəsində dolur və sıradan çıxır. Nizamsız su verilməsi qiş aylarında verilən suyun bu meliorativ kanallardan daşmasına və təsərrüfatlara zərər vurmasına səbəb olur. Bunun qarsısın almaq üçün hər dəfə Suvarma sistemləri idarələrinin əməkdaşları müvafiq texnika ilə müdaxilə etməli və faciənin miqyasının azaldılması üşün zəruri addımları atmalı olurlar. 
Seminarda Sərsəng su bəndinin Azərbaycan Respublikasının hidrotexniki qurğuların ixtisaslaşmış qurumlarının nəzarətindən çıxması barədə narahatlıq səsləndı, Sərsəng anbarından Tərtər çayına və meliorasiya şəbəkəsinə vaxtaşırı partlamamış mina və hərbi sursatın axıdılması bildirildi, Sərsəng su bəndinin nəzarətsiz qaldığı şəraitdə dağılması təhlükəsinin real olduğu və bunun qarşısının alınması üçün bəndə nəzarətin Meliorasiya və Su təsərrüfatı ASC-yə qaytarılmasının zəruri olduğu qeyd olunub.

Bir sözlə, Sərsəng su anbarının qəzaya uğraması və ya partladılması nəticəsində istər torpaqlarımız, istərsə də əhali böyük problemlə üzləşə bilərlər. Ona görə də beynəlxalq təşkilatlar sözügedən anbarın mövcud vəziyyətinin nə qədər təhlükəli olduğunu nəzərə alaraq zəruri addımlar atmalıdırlar.

Gülnar BƏŞİROVA

Yazı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) jurnalistlər üçün keçirdiyi “Sərsəng harayı” müsabiqəsinə təqdim olunur


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır
20.11.2018, 15:01

“Absheron Hotel Group” turizm sahəsi üzrə əməkdaşlığa başlayır

Bakıda daha bir marşrutu bağlayırlar
20.11.2018, 14:59

Bakıda daha bir marşrutu bağlayırlar

Uşaqlar ağac əkdilər - FOTOLAR
20.11.2018, 14:57

Uşaqlar ağac əkdilər - FOTOLAR

Azərbaycandakı rektorsuz universitetlər...
20.11.2018, 14:55

Azərbaycandakı rektorsuz universitetlər...

Hikmət Hacıyevdən Prezidentin Belarus səfəri ilə bağlı AÇIQLAMA
20.11.2018, 14:49

Hikmət Hacıyevdən Prezidentin Belarus səfəri ilə bağlı AÇIQLAMA

Xaləddin İsgəndərovun kadrı işdən çıxarıldı
20.11.2018, 14:30

Xaləddin İsgəndərovun kadrı işdən çıxarıldı

Yerevan Baş katib postunu əldən vermək istəmir - Putinin qərarı həlledici olacaq
20.11.2018, 14:11

Yerevan Baş katib postunu əldən vermək istəmir - Putinin qərarı həlledici olacaq

Bu il yol qəzalarında 618 nəfər ölüb, 1406 nəfət xəsarət alıb
20.11.2018, 14:05

Bu il yol qəzalarında 618 nəfər ölüb, 1406 nəfət xəsarət alıb

Nəcməddin Sadıkov ordu generalı ilə müzakirə apardı
20.11.2018, 13:47

Nəcməddin Sadıkov ordu generalı ilə müzakirə apardı

Ötən gün Azərbaycan yollarında 5 piyada öldü
20.11.2018, 13:44

Ötən gün Azərbaycan yollarında 5 piyada öldü

Prezident Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
20.11.2018, 13:41

Prezident Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib

Qida Təhlükəsizliyi Agentliyinin adından rüşvət alanların məhkəməsi başladı
20.11.2018, 13:37

Qida Təhlükəsizliyi Agentliyinin adından rüşvət alanların məhkəməsi başladı

İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul etdi
20.11.2018, 13:32

İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul etdi

ABŞ sanksiyaları onları qorxutmur...
20.11.2018, 13:23

ABŞ sanksiyaları onları qorxutmur...

Bakıya 70 yeni avtobus gətiriləcək
20.11.2018, 13:06

Bakıya 70 yeni avtobus gətiriləcək

Diaspor fəaliyyətində qadınların rolu güclənir
20.11.2018, 12:57

Diaspor fəaliyyətində qadınların rolu güclənir

Milli Məclis dekabrda ilin son iclaslarını bu tarixlərdə keçirəcək   
20.11.2018, 12:51

Milli Məclis dekabrda ilin son iclaslarını bu tarixlərdə keçirəcək  

Sabahın hava PROQNOZU açıqlandı   
20.11.2018, 12:29

Sabahın hava PROQNOZU açıqlandı  

Havalar pisləşəcək - Güclü külək, yağış, sulu qar... - XƏBƏRDARLIQ
20.11.2018, 12:27

Havalar pisləşəcək - Güclü külək, yağış, sulu qar... - XƏBƏRDARLIQ

Kanalizasiyadan mal başları, sement kisələri çıxdı - FOTO+VİDEO
20.11.2018, 12:16

Kanalizasiyadan mal başları, sement kisələri çıxdı - FOTO+VİDEO

Milli Qəhrəmanın doğum günüdür
20.11.2018, 12:13

Milli Qəhrəmanın doğum günüdür

Gəncəli deputat: “Partlayışda evləri dağılan sakinlər yataqxanaya köçürülür”
20.11.2018, 12:12

Gəncəli deputat: “Partlayışda evləri dağılan sakinlər yataqxanaya köçürülür”

Bank hesabından 790 manat oğurlayan tutuldu
20.11.2018, 12:11

Bank hesabından 790 manat oğurlayan tutuldu

Tanınmış müğənni Novruz Novruzlu vəfat edib
20.11.2018, 12:07

Tanınmış müğənni Novruz Novruzlu vəfat edib

Bakıda qəza - ölən var
20.11.2018, 11:53

Bakıda qəza - ölən var

Bakı metrosundakı soyğunçular tutuldu  
20.11.2018, 11:48

Bakı metrosundakı soyğunçular tutuldu  

Ermənilərin NATO PA-da təxribatı baş tutmadı
20.11.2018, 11:41

Ermənilərin NATO PA-da təxribatı baş tutmadı

Gəncə İcra Hakimiyyəti: Dağıntılar altına qalanların hamısı artıq tapılıb - Son XƏBƏR
20.11.2018, 11:37

Gəncə İcra Hakimiyyəti: Dağıntılar altına qalanların hamısı artıq tapılıb - Son XƏBƏR

Rusiya Aralıq dənizində hərbi təlimlər keçirdi
20.11.2018, 11:30

Rusiya Aralıq dənizində hərbi təlimlər keçirdi

Gəncədə daha iki meyit uçqun altından çıxarıldı   
20.11.2018, 11:29

Gəncədə daha iki meyit uçqun altından çıxarıldı  

Kəmaləddin Heydərov partlayış yerində - FOTOLAR
20.11.2018, 11:16

Kəmaləddin Heydərov partlayış yerində - FOTOLAR

“İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" - ŞİRVANDA
20.11.2018, 11:10

“İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" - ŞİRVANDA

Əbülfəs Qarayev Nyu-Yorkda...
20.11.2018, 11:07

Əbülfəs Qarayev Nyu-Yorkda...

Azərbaycanda ilk dəfə  bu mövzuda forum keçiriləcək
20.11.2018, 11:06

Azərbaycanda ilk dəfə  bu mövzuda forum keçiriləcək

İtaliyanın Maire Tecnimont şirkəti BANM tələbələri arasından seçim edir
20.11.2018, 11:05

İtaliyanın Maire Tecnimont şirkəti BANM tələbələri arasından seçim edir

Tovuzda siçanabənzər gəmiricilər məhv edildi
20.11.2018, 11:03

Tovuzda siçanabənzər gəmiricilər məhv edildi

Jurnalistin qətli kral sarayını ikiyə böldü - Yeni vəliəhd seçilə bilər
20.11.2018, 11:00

Jurnalistin qətli kral sarayını ikiyə böldü - Yeni vəliəhd seçilə bilər

Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
20.11.2018, 11:00

Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib

“Azəriqaz” Gəncədəki partlayışın səbəblərini araşdırır
20.11.2018, 10:37

“Azəriqaz” Gəncədəki partlayışın səbəblərini araşdırır

Azərbaycan nefti ucuzlaşdı
20.11.2018, 10:27

Azərbaycan nefti ucuzlaşdı

Gəncədə hərbçi dağıntılar altından belə çıxarıldı - VİDEO
20.11.2018, 10:26

Gəncədə hərbçi dağıntılar altından belə çıxarıldı - VİDEO

Dünya çempionu: “Ən böyük arzum Düdənginskinin nəşini Azərbaycana gətirməkdir”
20.11.2018, 10:20

Dünya çempionu: “Ən böyük arzum Düdənginskinin nəşini Azərbaycana gətirməkdir”

Səhiyyə Nazirliyi: Gəncədəki partlayışda hələ ki 1 ölən, 1 yaralanan var
20.11.2018, 10:06

Səhiyyə Nazirliyi: Gəncədəki partlayışda hələ ki 1 ölən, 1 yaralanan var

Siyəzəndə ağır qəza - 2 ölü   
20.11.2018, 10:04

Siyəzəndə ağır qəza - 2 ölü  

Kapital Bank 24/7 rejimdə işləyən Sahil filialını istifadəyə verdi
20.11.2018, 10:00

Kapital Bank 24/7 rejimdə işləyən Sahil filialını istifadəyə verdi

Gəncə İcra Hakimiyyətindən faciə ilə bağlı yeni MƏLUMAT: Bir ailə hələ dağıntı altındadır
20.11.2018, 09:59

Gəncə İcra Hakimiyyətindən faciə ilə bağlı yeni MƏLUMAT: Bir ailə hələ dağıntı altındadır

Zakir Həsənov üçtərəfli görüş keçirəcək
20.11.2018, 09:40

Zakir Həsənov üçtərəfli görüş keçirəcək

Gəncədəki yaşayış binasında partlayış - Ölən və yaralananlar var - YENİLƏNİB
20.11.2018, 09:36

Gəncədəki yaşayış binasında partlayış - Ölən və yaralananlar var - YENİLƏNİB

“Şollerin arxivi” Fransanın Kann şəhərində uğur qazandı
20.11.2018, 09:23

“Şollerin arxivi” Fransanın Kann şəhərində uğur qazandı

Azərbaycan millisi üçün həlledici oyun - Komandamız tarix yaza bilər
20.11.2018, 08:57

Azərbaycan millisi üçün həlledici oyun - Komandamız tarix yaza bilər

ARXİV