Modern.az

6 Avropa ölkəsi neft şirkətlərinin qazancına GÖZ DİKDİ

6 Avropa ölkəsi neft şirkətlərinin qazancına GÖZ DİKDİ

İqtisadiyyat

Bu gün, 22:37

Avropanın altı ölkəsi neft şirkətlərinə xüsusi vergi tətbiq edilməsini təklif edib.

Modern.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Təşəbbüs ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından sonra neft qiymətlərinin kəskin artması və bunun şirkətlərin gəlirlərinin yüksəlməsinə səbəb olması fonunda irəli sürülüb.

Nəşrin məlumatına görə, Avstriya, Almaniya, İspaniya, Polşa və Portuqaliyanın iqtisadiyyat və maliyyə nazirləri bu təklifi hazırda Avropa İttifaqına (Aİ) sədrlik edən İrlandiyanın maliyyə nazirinə göndəriblər. Onlar bu məsələnin sentyabr ayında Dublində keçiriləcək Aİ ölkələrinin maliyyə nazirlərinin görüşündə müzakirə olunmasını təklif ediblər.

Təşəbbüs müəllifləri qeyd edirlər ki, neft şirkətləri yüksək gəliri təkcə neft qiymətlərinin artması hesabına deyil, həm də neft məhsullarının satışından əldə olunan gəlirlərin yüksəlməsi sayəsində əldə edirlər.

Avropalı nazirlər hesab edirlər ki, tədarükdə ciddi problemlərin və yaşayış xərclərinin artmasının fonunda neft şirkətlərindən əlavə rüsumların tutulması imkanına baxılmalıdır.

Bununla belə, nəşr qeyd edir ki, bir sıra Avropa ölkələrinin neft şirkətlərinin fövqəladə mənfəətinə vergi tətbiq edilməsi çağırışlarına baxmayaraq, Aİ səviyyəsində hələlik belə bir rüsumun tətbiqi ilə bağlı qərar qəbul edilməyib.

Qeyd edək ki, oxşar tədbirlər Avropada 2022-ci ildə də tətbiq edilib.

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!